PDF Oxu

Siyasət

  • 1 968

Yarış və müsabiqə qalibləri təltif edilmişdir FOTOLAR

Yarış və müsabiqə qalibləri təltif edilmişdir FOTOLAR

May ayının 10-da YAP Ağcabədi rayon təşkilatının iclas zalında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən inşa, bədii qiraət, intellektual oyun müsabiqələrinin və mini futbol üzrə komandalar arasında keçirilən rayon birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir. Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açaraq qeyd etmişdir ki, cari ilin yanvar ayından başlayaraq “Heydər Əliyev ili” çərçivəsində YAP Ağcabədi rayon təşkilatı çoxsaylı tədbirlər yarış və müsabiqələr keçirilmişdir. Son günlər keçirilən bir sıra yarış və müsabiqələrin qaliblərinin bu gün, Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi günü təqdim etməyi qərara aldıq. Ulu Öndərin Azərbaycan Dövlətçiliyi və xalqımız qarşısında misilsiz xidmətləri olmuşdur. Nə qədər ki, Azərbaycan xalqı var, Ulu Öndərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır. Daha sonra Rövşən Əhmədov yarış qaliblərini təbrik etdi və onlara uğurlar arzuladı. Tədbirdə Ağcabədi rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Əsrə bərabər ömür” mövzusunda keçrilən inşa müsabiqəsində I yer tutduğu üçün Ağcabədi şəhər 4 saylı tam orta məktəbin IX sinif şagirdi Quluzadə Fidan Maarif qızı, II yer tutduğu üçün Ağcabədi şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Əliyeva Aysel Hüseyn qızı, III yer tutduğu üçün Salmanbəyli kənd tam orta məktəbin IX sinif şagirdi Mürşüdlü Saleh Taleh oğlu, Bədii qiraət müsabiqəsində I yer üçün Ağcabədi şəhər 5 saylı tam orta məktəbin IX sinif şagirdi Fərzəliyeva Aytac Ramin qızı, II yer tutduğu üçün Hindarx qəsəbə 3 saylı tam orta məktəbin VIII sinif şagirdi İsmayılov Emil Elgün oğlu, III yer tutduğu üçün Ağcabədi rayon Şənlik kənd tam orta məktəbin VII sinif şagirdi Quliyeva Dünya İntiqam qızı, III yer tutduğu üçün Ağcabədi rayon Sarıcalı kənd tam orta məktəbin VII sinif şagirdi Məmmədli Zərifə Yasin qızı, İntellektual oyun müsabiqəsində I yer tutduğu üçün Ağcabədi şəhər 2 saylı tam orta məktəbin komandası, II yer tutduğu üçün Ağcabədi şəhər 5 saylı tam orta məktəbin komandası, III yer tutduqları üçün Ağcabədi rayon Hacıbədəlli və Rəncbərlər kənd tam orta məktəbinin komandaları, Mini futbol üzrə komandalar arasında keçirilən rayon birinciliyində I yer tutduğu üçün YAP Ağcabədi rayon təşkilatının komandası, II yer tutduğu üçün Ağcabədi Mərkəzi xəstəxanası publik hüquqi şəxsin “Təbib” komandası, III yer tutduğu üçün Ağcabədi Pedaqoji kollecinin komandası YAP Ağcabədi rayon təşkilatı tərəfindən diplom, medal və hədiyyələrlə mükafatlandırıldı.

Tədbirin sonunda xatirə şəkli çəkildi.

Digər xəbərlər