PDF Oxu

Siyasət

  • 3 365

"Heydər Əliyev irsi: Bakı limanının inkişaf dövrü" FOTOLAR

"Heydər Əliyev irsi: Bakı limanının inkişaf dövrü" FOTOLAR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Ü.Hacıbəyov küçəsi 72 üzrə (Bakı Beynəlxalq Dəniz Ticarət Limanı) yerləşən ərazi partiya təşkilatında "Heydər Əliyev irsi: Bakı limanının inkişaf dövrü" adlı tədbir keçirilib.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Bakıda inşa edilən ilk binalardan olan Dəniz Vağzalı kompleksində baş tutan təntənəli mərasimdə açılış nitqi ilə Bakı Limanının Baş direktoru Taleh Ziyadov çıxış edib. O, Ulu Öndər Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafında əvəzsiz xidmətlərindən və onun əbədiyaşar irsinin Bakı Limanın fəaliyyətində daim yaşayacağından bəhs edib.

Tədbirdə Ümummilli Lider Heydər Əliyevin Bakı Limanının yenidən qurulması və inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edən unikal kadrlardan və faktlardan ibarət qısametrajlı film də təqdim edilib. İştirakçılar Bakı Limanı eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi tərəfindən təqdim edilmiş fotolardan ibarət sərgi ilə də tanış olublar.

Digər xəbərlər