PDF Oxu

Siyasət

  • 2 004

“Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır” MÜNASİBƏT

“Təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır” MÜNASİBƏT

"Sərhəddə törədilən erməni təxribatları təsdiq edir ki, Ermənistanın sülh barədə verdiyi bəyanatların heç bir əsası yoxdur”. Bunu hərbi ekspert Ədalət Verdiyev "Səs" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, Ermənistan heç bir zaman sülh danışıqlarında səmimi olmayıb və belə bir niyyəti də indi də yoxdur: “Əvvəllər olduğu kimi də, bu dəfə də danışıqlar öncəsi Ermənistan tərəfi genişmiqyaslı təxribatlara əl atıb və bu təxribatlarının qarşısının alınması üçün Azərbaycan tərəfi kifayət qədər ciddi tədbirlər görəcək. Adekvat cavab tədbirləri çərçivəsində erməni ciddi şəkildə cəzasını alacaq. Bu təxribatların törədilməsi sülh danışıqlarını tamamilə şübhə altına alır. Azərbaycan ordusunun hərbi qulluqçusu öz tarixi torpağından açılan atəşlə xəsarət alırsa, belə bir vəziyyətdə hansısa sülh danışıqlarından söhbət gedə bilməz. Ermənistana sülh lazım deyilsə, Azərbaycana bu sülh heç lazım deyil. Bizim üçün sülh Azərbaycan əraziləri 30 illik işğal altında qalan müddətdə lazım idi. İndi sülh daha çox Ermənistana lazımdır”.

GÜLYANƏ

Digər xəbərlər