Səbail rayonu Badamdar Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Tarixlərə tarix yazan şəxsiyyət” adlı tədbir keçirilmişdir. Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Nəriman Nərimanov adına 6 saylı filialının təşkilatcılığı ilə keçirilən tədbirə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri, rayonun bir sıra mədəniyyət idarələrinin əməkdaşları, 236, 239, və 329 saylı orta məktəblərin şagird və müəllim kollektivi, Mərkəzləşmiş Kitabxana Sisteminin filial müdirləri və incəsənət nümayəndələri qatılmışlar. Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Nəriman Nərimanov adına 6 saylı filialının müdiri Vəfa Şirəliyeva Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş sislsilə tədbirlərin mühüm əhəmiyyətindən danışmış və tədbiri açıq elan etmişdir. Sonra YAP Fəlsəfə və Sosiologiya İnstitutunun ərazi təşkilatının sədri s.e.ü.f.d. dosent, AMEA-nın aparıcı elmi işcisi Sənan Həsənovun “Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsində siyasi partiyanın və ideologiyanın rolu”, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi Xanımağa İsmayılov “Ulu Öndər Heydər Əliyevin dövlət idarəçiliyində qadınların rolu” mövzusunda məruzələri dinlənilmşdir. Tədbirdə Səbail rayon Mərkəzləşmiş Kitabxana Sisteminin Kitabxana və Biblioqrafiya şöbəsinin müdiri Cəmilə Səmədobva Ulu Öndər Heydər Əliyevin mədəniyyətimizə və incəsənətə verdiyi yüksək dəyərdən danışmış, Badamdar Mədəniyyət Evinin bədii rəhbəri Rəna Hüseynovanın, rejissor Suğra Lütfəliyevanın və təşkilatcı Svetlana Quliyevanın hazırladıqları bədii- incəsənət proqramları ilə davam etmiş, iştirakçıların maraqına səbəb olmuşdur. Ümumilikdə tədbir Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasi, müasir Azərbaycanın qüdrətli inkişafının memarı və müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasi varisliyi ilə Qələbənin tarixi reallıqlarının geniş müzakirəsini əhətə etmişdir. Tədbirin təşkilatcıları gənclərin və məktəblilərin vətənpərvərlik tərbiyyəsində maraq doğuran və əhəmiyyətli olan məruzələrinə görə AMEA alimlərinə və iştirakçılara təşəkkürünü bildiriblər.