PDF Oxu

Siyasət

  • 2 390

Azərbaycan Avrasiyada geosiyasətə nizam verən ölkələrdən biridir! ŞƏRH

Azərbaycan Avrasiyada geosiyasətə nizam verən ölkələrdən biridir! ŞƏRH

Cari ilin 3 may tarixində Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans cənab prezidentin bir sıra siyasi mesajları ilə yadda qaldı. Xüsusilə Cənab Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında baş vermiş 44 günlük müharibə haqqında da söhbət açmışdır. Cənab Prezident çıxışında bildirmişdi ki, “Azərbaycan hələ də ümid edir ki, rəsmi İrəvan məntiqli davranacaq və sabiq Minsk qrupu fəaliyyətdə olanda işğal zamanı istifadə etdikləri taktikadan istifadə etməyəcəklər. Nəticə nöqteyi-nəzərindən 28 il ərzində Minsk qrupu heç bir nəticə verməmişdir. Bunun əsas səbəbi isə o idi ki, Ermənistan torpaqları geri qaytarmaq istəmirdi. Münaqişənin sülh yolu ilə həllini tapa bilməməsinin əsas səbəbi o idi, Ermənistan bunu istəmirdi. Onlar, sadəcə, bu taktikadan istifadə edirlər, prosesi ləngidirlər, bir addım irəli, iki, üç və ya hətta beş addım geriyə atırlar. Cənab Prezident çıxışında otuzillik işğalın Ermənistana heç bir üstünlük verməməyindən. Əksinə, onların regional inkişaf proseslərindən təcrid edilməyindən. Onların rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirməklərindən, və indi özlərinə yeni ağa və ya ağalar axtarmaqlarından bəhs etdi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı bəhs edib: “Biz bu məkanda əsasən Azərbaycanın gələcək inkişafı ilə bağlı olan fikir və ideyaların mübadiləsini aparmaqla praktiki addımları müzakirə etmək istəyirik və regional inkişaf proseslərinə də nəzər salmalıyıq. Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırıb. Konfransın Şuşada keçirilməsinin tarixi əhəmiyyəti olduqca böyükdür. Ümummilli lider Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi. Xatırlatmaq istəyirəm ki, Prezident İlham Əliyevin Şuşanın alındığı gündə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin məzarını və abidəsini dərin ehtiramla ziyarət etməsi qırx dörd günlük müharibə dövrünün ən təsirli və unudulmaz tarixi hadisələrindən biri idi. Bu ibrətamiz hadisə ilə Prezident İlham Əliyev 30 il davam etmiş Qarabağ münaqişəsinin həllində Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və vəsiyyət etdiyi tarixi bir missiyanın uğurla başa çatdırılmasının şərəfli bir hesabatını vermişdir.Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və biz onun arzusunu gerçəkləşdirdik. Azərbaycan xalqı bununla fəxr edir. Təkcə Azərbaycan vətəndaşları yox, bütün azərbaycanlılar buna sevinir. Cənab prezidentin də dediyi kimi, 30 illik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Azərbaycan dəfələrlə Ermənistanı işğal etdiyi ərazisini geri qaytarmağa çağırdı, Ermənistan nəinki bu çağırışlara məhəl qoymadı, əksinə, yeni Azərbaycan torpaqlarını işğal etməyə həvəsləndi, ardıcıl hərbi təxribatlar törətmək yolunu seçdi. Ermənistan danışıqlar prosesinin formatını və məzmununu məhv etməklə, danışıqların imitasiyasını aparmaqla, BMT TŞ-nın qətnamə və qərarlarının icra etməməklə sülh tərəfdarı olmadığını açıq şəkildə ortaya qoydu.Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edildi. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrildi. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Konfransda diqqət edə biləcəyimiz məqam İlham Əliyevin 10 Noyabr Bəyanatı ilə bağlı səsləndirdiyi “Üçtərəfli Bəyanat atəşkəs razılaşması deyil. O, həmçinin sülh sazişi də deyil” ifadəsidir. Bunun mümkün açması odur ki, həmin Bəyanatın müddəalarının təhrif edilməsi və baza kimi əbədi qalmasına cəhdlərin göstərilməsi qəbuledilməzdir. Düzdür, Bəyanat sonrakı nizamlama prosesləri üçün baza rolunu oynayır, ancaq bu, əbədi ola bilməz. Bəyanatın maddələri üzrə manipulyasiyalara yol verilməməsi Azərbaycanın gündəliyindədir.Prezidentimiz cənab İlham Əliyev konfransda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesindən bəhs edərkən əgər Ermənistan sülh istəmirsə sülh olmayacağını qəti şəkildə vurğulayıb.Bu o deməkdir ki, son dəfə Azərbaycan düşmənə barışıq əli uzadır, yenidən ocaqların sönməsinə, anaların ağlar, uşaqların yetim qalmasına, insan itkisinə imkan vermir, barışığı, sülhü, təhlükəsizliyi üstün tutur. Zənnimizcə, başqa yol düşmənin xeyrinə olmayacaq, bunu anlamağın vaxtı çatıb.

Nicat İsmayılov

YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər