PDF Oxu

Siyasət

  • 5 323

Xızıda Ümummilli Lider Heydər Əliyevin yubileyi qeyd edilib FOTOLAR

Xızıda Ümummilli Lider Heydər Əliyevin yubileyi qeyd edilib FOTOLAR

Xızı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü qeyd edilib.Tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, YAP Xızı Rayon Təşkilatının sədri Ayaz Quliyev, Rayon polis şöbəsinin rəisi polis polkovniki Faiq Hüseynov, rayonun məhkəmə sədri İlqar Cabbarov, Xızı rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə idarəsinin rəisi Gündüz Abbasov, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar , YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak edib. Xızı Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Xızı Rayon İcra Hakimiyyətinin başçısı cənab Xəzər Aslanov çıxış edərək Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından bəhs edib. O, çıxışında Heydər Əliyevin Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi əbədilik qazanmasını və ölkəmizin dünyada layiq olduğu mərtəbəyə məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksəldiyini diqqətə çatdırıb. Ümummilli Lider Heydər Əliyevin xalqımıza göstərdiyi qayğı nəticəsində ölkədə nikbinlik dövrünün başlandığını vurğulayan Xəzər Aslanov bildirib ki, Azərbaycanın çağdaş tarixinin milli intibah dövrü müdrik dövlət xadimi Heydər Əliyevin adı ilə bağlı olub. Məhz, Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran məngənəsindən çıxarıb, xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə yetirib. Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov diqqətə çatdırıb ki, dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada tanınan, hörmət edilən nadir siyasətçilərdən biri kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.Müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.Tədbirdə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən geniş video-çarx nümayiş etdirilib. Sonra tədbir Heydər Əliyev Parkında təntənəli konsert proqramı ilə davam edib. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti rayon ictimaiyyəti tərəfindən gün ərzində davam etmişdir.

Rəfiqə

Digər xəbərlər