PDF Oxu

Siyasət

  • 2 057

Şuşa Azərbaycanın Mədəniyyət paytaxtıdır ŞƏRH

Şuşa Azərbaycanın Mədəniyyət paytaxtıdır ŞƏRH

Cari ilin may ayının 3-də Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması:keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans keçirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev konfransada iştirak və çıxış edib. Cənab Prezident qonaqları salamlayaraq onların konfransda iştirak etməsindən məmnunluğunu ifadə edərək qeyd edib ki, bu il Ulu Öndərin 100 illik yubileyi ilə əlaqədar “Heydər Əliyev” ili elan edilib. Cari ilin əvvəllərindən başlayaraq bu münasibətlə Respublikamızda, eləcə də, xarici ölkələrdə çoxsaylı tədbirlər keçirilib.Ümummilli Lider Heydər Əliyevin Vətən və xalq qarşısında xidmətləri əvəzsizdir. O, hakimiyyətdə olduğu illərdə Azərbaycanı sosial-iqtisadi, ictimai-siyasi və mədəni cəhətdən inkişaf etmiş ölkəyə çevirmişdir. Azərbaycanın hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı, şəxsiyyəti, dövlətçilik təfəkkürü, idarəetmə məharəti və yorulmaz fəaliyyəti ilə sıx bağlı olmuşdur.Konfransın təşkilatçısı olan ADA Universitetinin rektoru Hafiz Paşayev məlumat verib ki, konfransa altmış nəfərdən çox elm adamı və politoloq qatılıb ki, onlardan yarıdan çoxu konfransda ilk dəfə iştirak edir. Qonaqlar tərəfindən Prezidentə suallar verildi. ABŞ-nın Prinston Universitetinin Yaxın Şərq Araşdırmaları üzrə professoru Maykl Reynolds, ABŞ-nın Ceymstaun Fondunun baş elmi işçisi Vladimir Sokor, ABŞ-nın Ceymstaun Fondunun baş elmi işçisi Marqarita Asenova, Böyük Britaniyanın “Methkins” şirkətinin enerji təhlükəsizliyi üzrə mütəxəssisi Con Roberts, Macarıstanın Beynəlxalq əlaqələr instutunun tədqiqatçı professoru Vasa Laslo, ABŞ Hərbi Dəniz Donanması Ali Məktəbinin professoru Brenda Şafer, Böyük Britaniya Kral Birləşmiş Müdafiə Araşdırmaları İnstitunun Beynəlxalq Araşdırmalar və Təhlükəsizlik Mərkəzi üzrə direktoru Neyl Melvin, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun İdarə Heyətinin üzvü Arian Starova, Beynəlxalq Böhran Qrupunun Türkiyə üzrə direktoru Nigar Göksel, Beynəlxalq Məşvərətçilər Sammitinin icraçı direktoru Devid Merkel, Gürcüstanın “Geocaşe” təşkilatının sədri Viktor Kipiani, ABŞ-nın “İrs Fondu”nun nümayəndəsi Viktoriya Kouts, Pakistanın Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndəsi Mahmud Həsən Xan, Böyük Britaniyanın Xarici İnkişaf İnstitunun qlobal risk üzrə eksperti İlayda Nichar, Böyük Britaniyanın “Energy İntilligense” nəşrinin redaktoru Maykl Ritci, ABŞ-nın “ALG Transportation” şirkətinin rəhbəri Fərhad Azima, Özbəkistan Ali Məclisinin Senatı sədrinin birinci müavini, Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin rektoru Sodiq Safoyevin müxtəlif mövzularda verdiyi suallara ətraflı və tutarlı faktlarla cavab verən cənab Prezident konfransda iştirak edən qonaqlara öz təşəkkürünü bildirdi.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər