Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının Məhəmməd Füzuli küçəsi. 69 üzrə (Fövqəladə Hallar Nazirliyinin Tikintiyə Nəzarət Dövlət Agentliyi) yerləşən ərazi partiya təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.Əvvəlcə, tədbir iştirakçıları Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ümummilli Liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.Sonra Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşları Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olublar. Tədbir Dövlət himninin səsləndirilməsi ilə açıq elan edilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov çıxış edərək deyib ki, hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyi olan Ulu Öndərin həyat və fəaliyyəti Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış böyük bir salnaməsidir. O, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı, xalqımızın xoşbəxt gələcəyi naminə Ümummilli Liderin titanik fəaliyyətindən danışıb, Ulu Öndərin əsasını qoyduğu mütərəqqi siyasi kursun bu gün ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdırıb.“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutunun direktor müavini Emin Rəhimov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatınin sədri Azər Süleymanov və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının xilaskarı kimi şərəfli, lakin çətin missiyanı böyük əzmlə yerinə yetirdiyini vurğulayıb, ölkəmizin inkişafı sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən bəhs ediblər. Çıxışlarda Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycanın dünya dövlətləri arasında dinamik inkişafına görə lider mövqelərdə olduğu qeyd edilib.Tədbirin yekununda Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının ictimai-siyasi fəaliyyətində aktivlik göstərən bir qrup fəalı mükafatlandırılıb.