PDF Oxu

Siyasət

  • 2 046

QİÇS-lə Mübarizə Mərkəzində Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

QİÇS-lə Mübarizə Mərkəzində Ulu Öndərin yubileyinə həsr edilmiş tədbir keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının M.Qasımov küç. 1 üzrə (“QİÇS” Mübarizə Mərkəzi) yerləşən ərazi partiya təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Mərkəzin foyesində Ulu Öndərə aid yeni yaradılmış guşənin önünə toplaşaraq onun əziz xatirəsini dərin ehtiramla anıblar.
Sonra tibbi xidmətin keyfiyyətini artırmaq məqsədi ilə Mərkəzin Ambulator yardım və dispanser müşahidə şöbəsi üçün yeni istifadəyə verilmiş otaqlara, avadanlıqlara baxış keçirilib. Sonra Mərkəzin həyətində ağaclar əkilib, xatirə şəkili çəkdirilib.Tədbirin rəsmi hissəsində açılış nitqi ilə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bu gün müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olduğunu və Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edildiyindən bəhs edib. O bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı, görkəmli dövlət xadimi Heydər Əliyev şəxsiyyətinin xalqımızın həyatında, müstəqil dövlətimizin tarixində misilsiz rolu var. Ulu Öndərin ölkəmizdə digər sahələr kimi, səhiyyənin, tibb elminin də dinamik inkişafında müstəsna xidmətləri olub. Bu gün ölkə başçısı İlham Əliyev həmin islahatları uğurla davam etdirir.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Daha sonra Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov Ümummilli Liderin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışıb. O, Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin inkişafı naminə həyata keçirdiyi işlərdən söhbət açıb. RQMM-in direktor müavini Səbinə Babazadə, ərazi partiya təşkilatının sədri Günəş Cəfərova Heydər Əliyev ideyaları, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirməsi ilə bağlı çıxışları ilə tədbirə yekun vurublar.

Digər xəbərlər