PDF Oxu

Siyasət

  • 5 382

“HEYDƏR ƏLİYEV VƏ İLHAM ƏLİYEV: GÜCLÜ DÖVLƏT, QƏLƏBƏNİN FƏLSƏFƏSİ, BÖYÜK QAYIDIŞ” KİTAB

“HEYDƏR ƏLİYEV VƏ İLHAM ƏLİYEV: GÜCLÜ DÖVLƏT, QƏLƏBƏNİN FƏLSƏFƏSİ, BÖYÜK QAYIDIŞ” KİTAB

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, f.e.d., professor İlham Məmmədzadə və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, YAP Yasamal rayonu AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi təşkilatının sədri Sənan Həsənovun həmmüəllifliyi ilə “Heydər Əliyev və İlham Əliyev: güclü dövlət, qələbənin fəlsəfəsi, Böyük Qayıdış” adlı kitab ( Bakı, Elm və təhsil, 2023, 268 səh.) nəşr edilib. Kitab Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin verdiyi Sərəncamlardan irəli gələn vəzifələrin icrasının elmi təhlilinin geniş ictimaiyyətə təqdim olunması məqsədilə AMEA-nın illik plan işlərinə uyğun olaraq hazırlanmışdır. Əsərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında mislisiz xidmətlərinin təhlili kontekstində onun sovet dövrü fəaliyyətindən müstəqillik illərinə, qayıdışdan-xilaskarlığa, xilaskarlıqdan Azərbaycanın qüdrətli gəlcəyinə təminat verən və siyasi varisliyin İlham Əliyev mərhələsini əhatə edən sabitlik, güclü dövlət, qələbə və Böyük Qayıdışın fəlsəfi-siyasi, ideoloji əsasları təhlil edilmişdir. Ümummilli Liderliyin və uğurlu siyasi varisliyin vəhdətində təşəkkül tapmış yeni istiqamətlərin nəzəri əsasları və praktiki nəticələri müasir siyasi elmdə yeni yanaşma olaraq dövriyyəyə gətirilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə (22/5 saylı protokol, 29 dekabr 2022-ci il) çap olunan kitabın rəyçiləri Bakı Slavyan Universitetinin professoru, siyasi elmlər doktoru Vüqar Rəhimzadə və fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru Eynulla Mədətlidir. Kitabın redaktorları Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işçisi, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Telman Quliyev və Qabil Camalovdur.

Digər xəbərlər