PDF Oxu

Siyasət

  • 1 672

Ermənistan "varlığının" son akkordları

ANALİTİK

Ermənistan "varlığının" son akkordları

Paşinyanın revanş hissi onun siyasi ölüm hökmünün tezləşdirilməsi anlamını daşıyır

Zod istiqamətində növbəti erməni təxribatı baş verdi və bu təxribatın məqsədlərinin nəyə doğru istiqamət alması da artıq məlumdur. Qalır onların daha dərindən şərh edilməsinə... Beləliklə, mayın 10-da, axşam saatlarında düşmən mövqeyindən açılan snayper atəşi ilə hərbi qulluqçumuz başından güllə yarası aldı. Xoşbəxtlikdən hərbçimiz həyatını itirmədi.

Moskva izi, yaxud baş verənlər heç də "təsadüf" deyil

Lakin bu olayın digər tərəfi də var. Müharibə qanunlarına görə, snyaperləri xüsusi ehtiyac olmadıqda cəbhənin ön xəttinə dislokasiya etmirlər. Bu baxımdan, haqqında bəhs etdiyimiz hadisə də əsla "təsadüf" hesab oluna bilməz. Ona görədir ki, baş vermiş son hadisə bilavasitə əvvəlcədən hazırlanmış, hətta siyasi yöndən də tərtib edilmiş aşkar erməni təxribatıdır. Misal üçün, Ermənistanın baş naziri Nikol Paşinyan olay gününə qədər güc strukturlarını toplamışdı. Üstəlik, Moskvadan geri dönən kimi. Burada ehtimal var ki, o, Kremlin "dobrosunu" da alıb. Çünki bundan əvvəlki Vaşinqton görüşü Moskvada qıcıq yaratmışdı. Açığı, üzərinə götürdüyü öhdəliklərini yerinə yetirə bilməyən, yaxud bunu istəməyən Rusiyadan bənzər addımları gözləmək kifayət qədər mümkündür.

Paşinyanın parlament dinləmələrində baş verənlərlə bağlı hər 10-15 dəqiqədən bir bəyanatlar verməsi isə bir reallığı isbatlayır...

Daha bir nüans: düşmənin təxribata informasiya yönündən hazırlığı. Belə ki, Ermənistanın müdafiə nazirliyi XİN-i ilə paralel şəkildə hər 15 dəqiqədən-bir press-relizlərlə çıxış edirdi. Əlavə olaraq, bu prosesdə Paşinyanın özü də "Azərbaycanın aqressiyası" tipində bəyanatlar verirdi. İndi isə diqqət! Hərbçimizə snayper atəşinin açılması məhz (!) cümə axşamına keçən gün - ölkə parlamentinin ənənəvi parlament dinləmələrinə "təsadüf" etdi. Paşinyan isə həmin günlərdə özünün "natiqlik məharətini" sınayır, demaqogiya ilə məşğul olur. Erməni baş nazirin həmin dinləmələrdə baş verənlərlə bağlı hər 10-15 dəqiqədən bir bəyanatlar verməsi isə bir reallığı isbatlayır: bu, əvvəlcədən və hərtərəfli hazırlanmış anti-Azərbaycan təxribatıdır! Yeri gəlmişkən, Paşinyan öz çıxışında dərhal bəyan etdi ki, qarşıdan gələn Brüssel görüşündə sülh razılaşmasının əldə edilməsi çox azdır, hətta mümkün deyil. O bildirdi ki, guya Azərbaycan bu vasitə ilə Soçidə, Praqada realizə olunmuş fundamental razılaşmaları şübhə altında qoyur və s. Əlbəttə ki, erməni baş nazirinin həqiqətən də psixiki çatışmazlığı özünü növbəti dəfə sübuta yetirir.

O, çox gözəl bilir ki, Belçikada nala-mıxa döyəcləyə bilməyəcək

Lakin əldə etdiyimiz daha bir informasiyaya görə, Paşinyan Brüssel görüşündə bir suala dəqiq və qeyd-şərtsiz cavab verməlidir və bu cavab isə bilavasitə Vaşinqton raundundakı məntiqə söykənir - o Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyırmı? Biz onu da unutmamalıyıq ki, Paşinyan Azərbaycanın öz suveren ərazisində, Ermənistanla sərhəddə, Həkəri çayının üzərində - Laçında sərhəd keçid məntəqəsinin yerləşdirilməsini də öz sərsəm düşüncəsi ilə "qeyri-qanuni" adlandırmışdı. O, çox gözəl bilir ki, Belçikada nala-mıxa döyəcləyə bilməyəcək. Ermənistan böyük səhvə yol verməklə Bakı ilə qarşıdurmaya gedir. Öz təxribatına görə isə onqat cavabını alır.

Qərbi Azərbaycan faktorunun realizəsi istiqamətində rəsmi Bakının verdiyi qərarları, artıq gerçəkliyə çevriləcək

Görünən isə budur ki, Paşinyan vaxtı uzatmaqla revanş barədə düşünür. Bunu da aşkara çıxarmaq heç də çətin deyil. Məsələn, məlumdur ki, İran Rusiyaya verdiyi uğursuz zərbə dronlarını Ermənistana da verib. Üstəlik, Ermənistan Fransadan və Hindistandan yeni silahlar almaq ərəfəsindədir. Yəni, düşmən militarizasiyalaşır və bunun məqsədi də kifayət qədər bəllidir. Son olaraq isə biz burada Prezident İlham Əliyevin Ermənistana verdiyi sərt xəbərdarlıqlarını bir daha xatırlamalı və Paşinyanın Azərbaycanla çiling-ağac oynamasının onun üçün, həmçinin, Ermənistan üçün nə qədər baha başa gəcələyini təsəvvürünüzə gətirməliyik. Hər halda, tarixi Qərbi Azərbaycan faktorunun realizəsi istiqamətində rəsmi Bakının verdiyi qərarları artıq gerçəkliyə çevriləcək. Paşinyanın revanş hissi onun siyasi ölüm hökmünün tezləşdirilməsi anlamını daşıyır.

Afət TAHİRQIZI

Digər xəbərlər