PDF Oxu

Siyasət

  • 2 841

Ümummilli lider Heydər Əliyevin siyasi irsi milli sərvətimizdir ŞƏRH

Ümummilli lider Heydər Əliyevin siyasi irsi milli sərvətimizdir ŞƏRH

10.05.2023-cü il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ilinin tamam olması münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli sərəncamı ilə Azərbaycanda 2023-cü il “Heydər Əliyev İli” elan edilmişdir. Mayın 10-da ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi günü Şuşa şəhərində təbrik müraciəti ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bildirib ki, ilin əvvəlindən başlayaraq həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda “Heydər Əliyev ili” çərçivəsində bir çox tədbirlər keçirilib və ilin sonuna kimi müxtəlif tədbirlərin keçirilməsi davam edəcək. Azərbaycan öz böyük oğlunun xatirəsinə böyük hörmətlə yanaşır.2020-ci il noyabr ayının 8-də Qarabağın baş tacı, Azərbaycanın incisi və mədəniyyət mərkəzi, strateji əhəmiyyətə malik olan Şuşa şəhərinin ordumuz tərəfindən azad edilməsinin tarixi zəfərimizin əsas hissəsi olduğunu qeyd edən prezident İlham Əliyev vurğulayıb ki, Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Dövlət başçısı: “Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi. Biz onun və bütün Azərbaycan xalqının, bütün dünya azərbaycanlılarının arzusunu çin etdik” fikirləri ilə müraciətin Şuşadan edilməsinin səbəbini açıqladı.Dövlət başçısı müraciətində bildirib ki, mayın 2-dən səfərdə olduğu Qarabağ və Şərqi Zəngəzurda bir çox tədbirlər keçirilmiş, 10 kəndin təməli qoyulmuş, bir çox açılışlar həyata keçirilmişdir. Qarabağ və Şərqi Zəngəzur dirçəlir, yollar, körpülər, tunellər, elektrik stansiyaları, su anbarları, məktəblər, xəstəxanalar, yaşayış binaları, məscidlər inşa edilir, yenidən qurulur və ya təmir olunur, elektrik xətləri çəkilir. Bütün bu quruculuq işlərinin təməlində Azərbaycan xalqının maraqları dayanır.Ümummilli liderimizin siyasi fəaliyyəti barədə danışan ölkə prezidenti qeyd edib ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində öz doğma xalqına sədaqətlə xidmət etmişdir. O, Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər.Cənab Prezident diqqətə çatdırıb ki, Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır. 1987-ci ildə istefa verməsindən iki həftə keçməmiş erməni millətçiləri və onların sovet iqtidarında olan himayədarları ovaxtkı Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarıb Ermənistanın tərkibinə verilməsi ilə bağlı məsələ qaldırmışdılar. Şübhəsiz ki, əgər Heydər Əliyev hakimiyyətdə təmsil olunsaydı, heç vaxt erməni millətçiləri bu çirkin əməllərə əl atmağa cürət etməzdilər. Çünki, Heydər Əliyevin gücü, müdrikliyi Azərbaycanı bir çətir kimi qoruyurdu. Baxmayaraq ki, siyasi fəaliyyətdən kənarda qalmışdı Ulu Öndərin ürəyi hər zaman Azərbaycanla bir döyünürdü, xalqımızın ağır günlərindən biri olan 20 Yanvar faciəsindən sonra dərhal Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək Sovet İttifaqının rəhbərliyinin bu qanlı əməlini cəsarətlə pisləmiş və bu qırğınla bağlı dünyaya bəyanat vermişdir. Bu bəyanatdan sonra Sovet İttifaqının repressiv maşını Heydər Əliyevə qarşı geniş hücuma keçmişdir və onun Moskvada qalması artıq mümkün deyildi. 1990-cı ilin iyul ayında Moskvadan Bakıya gəlmiş Ulu Öndər Naxçıvana getmiş və orada yaşamağa başlamışdır. Ermənilərin ələ keçirməyə planlaşdırdığı tam blokada vəziyyətində olan Naxçıvanı Heydər Əliyev işğaldan qorudu. Heydər Əliyevin gələcək fəaliyyəti üçün Naxçıvan dövrünün böyük əhəmiyyəti var. Xalqın məhz onu özünə rəhbər seçməsi demokratiyanın əsl təntənəsi idi. Hər vəchlə Heydər Əliyevi Naxçıvandan uzaqlaşdırmağa çalışan Azərbaycan hakimiyyətinin cəhdlərinə rəğmən xalq öz lideri ətrafında sıx birləşmişdir. Məhz Heydər Əliyevin qətiyyəti, fəaliyyəti nəticəsində Naxçıvan torpaqları erməni işğalına məruz qalmadı. Müstəqilliyə gedən yol da məhz Naxçıvandan başlamışdır. Məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Bayrağı Naxçıvan Ali Məclisinin sessiyasında Dövlət Bayrağı kimi təsis edilmişdir. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet Sosialist” sözləri çıxarılmış, Sovet İttifaqının və sonra artıq Rusiyanın hərbi birləşməsi olan motoatıcı diviziya Naxçıvandan çıxarılmışdır. Heydər Əliyev uzun illər ərzində xidmət etdiyi Sovet İttifaqı Kommunist Partiyasının sıralarından çıxmışdır və faktiki olaraq müstəqilliyə gedən yol Naxçıvandan başlamışdır. Azərbaycanın müasir siyasi sisteminin də məhz Heydər Əliyevin adı ilə bağlı olduğunu söyləyən Prezident İlham Əliyev bildirib ki, 1992-ci ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan Partiyasının yaradılması və Heydər Əliyevin partiyaya sədr seçilməsi faktiki olaraq Azərbaycanda müasir siyasi sistemin yaranmasına səbəb olmuş və qısa müddət ərzində Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsinə çevrilmişdir və bu gün də belədir.

Günay Məmmədli

YAP Yasamal rayonu “Azərsu” ASC üzrə ərazi partiya təşkilatının sədri

Digər xəbərlər