Azərbaycan Respublikasının bütün fəaliyyət istiqamətlərinin inkişafının tarixi məhz ulu öndər Heydər Əliyevin qızıl hərflərlə yazılmış adı ilə bağlıdır. Bu gun hər bir Azərbaycan vətəndaşı xoşbəxtlik rəmzimiz olan müstəqil Azərbaycanın vətəndaşlarıyıq. Bu müstəqil və müassir Azərbaycanın əbədiyaşar memarı lider Heydər Əliyevdir. Ümummilli lider, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu, yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına, xalqımızın xoşbəxt gələcəyinə bütün həyatını həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini saymaqla bitməz. Bunlardan Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha da zənginləşdirilməsi, ilk Milli Konstitusiyamızın qəbul edilməsi, vətəndaş cəmiyyətinin formalaşdırılması və yeni iqtisadi kursun müəyyənləşdirilməsi prosesinin müvəffəqiyyətli həlli və s. misal göstərmək olar. Ulu öndərimizin fəaliyyəti öz miqyası və əhəmiyyəti etibarilə Azərbaycanın hüdudlarından çox-çox kənara çıxıb. Təsadüfi deyil ki, dünya miqyasında ən nüfuzlu dövlət başçıları, politoloqlar tərəfindən dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan və böyük türk dünyasının dahi oğlu Heydər Əliyev zəmanəmizin ən yüksək zirvəsində duran tanınmış siyasi xadimlər sırasında öz layiqli yerini tutub. Ümummilli lider Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin Sədri işlədiyi dövrdə çox mühüm tarixi qərarlar qəbul edildi. Naxçıvanda ictimai-siyasi şəraiti daha da stabilləşdirmək və sağlamlaşdırmaq üçün böyük tədbirlər həyata keçirildi. Getdikcə güclənən erməni təcavüzünün və düşmənin yaratdığı blokadanın ağır nəticələrinin qarşısının alınması üçün düşünülmüş və çevik siyasət yürüdüldü. Ulu öndər Heydər Əliyevin qonşu Türkiyə Cümhuriyyətinə və İran İslam Respublikasına ardıcıl səfərləri, bu səfərlər zamanı imzalanan müqavilələr Naxçıvanın və onun əhalisinin sosial-iqtisadi vəziyyətinin yüngülləşdirilməsində müstəsna rol oynadı. 1991-ci il 29 oktyabr tarixində Ulu öndər Heydər Əliyevin ciddi səyi ilə Sədərək rayonunda Naxçıvanla Türkiyə arasında salınmış körpünün rəsmi açılış mərasimi olmuşdur. 1992-ci il 22-25 mart tarixlərində Türkiyə Cümhuriyyəti ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əməkdaşlıq protokolu imzalanmışdır. 1992-ci il 22-26 avqust tarixlərində Ümummilli lider Heydər Əliyev İran İslam Respublikasına səfər etmiş və müxtəlif sahələrdə əməkdaşlığa dair protokollar imzalanmışdır. 1992-ci ildə İran və Türkiyə ilə bağlanmış əməkdaşlıq müqavilələri əsasında Sədərək, Culfa və Şahtaxtı keçid məntəqələri yaradıldı. Həmçinin, Naxçıvan şəhəri yaxınlığında istilik-elektrik stansiyası tikildi. İran və Türkiyədən Naxçıvan ərazisinə yüksək gərginlikli elektrik xətlərinin çəkilişi həyata keçirildi ki, bu da təsərrüfat həyatını xeyli canlandırmağa imkan verdi. Heydər Əliyev öz fəaliyyəti və siyasi təcrübəsində hər zaman elmi fikrin ən yeni, mütərəqqi nailiyyətlərindən faydalanmış, cəmiyyətin, xalqın inkişaf zəminini elmdə, maariflənmədə görmüşdür.
Fərid Mustafayev
YAP Yasamal rayon Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini