Ulu Öndər Heydər Əliyev bütün fəaliyyəti boyu azərbaycançılıq məfkurəsinə böyük diqqət yetirirdi. Dünya Azərbaycanlılarının birinci qurultayında Ulu Öndər çıxış edərkən qeyd etmişdir ki, Azərbaycan Vətəndaşı məfhumu müqəddəs sözdür. Vətəndaş sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və Vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır.Dünyanın hər yerinə səpələnmiş 50 milyon azərbaycanlının bir vahid vətəni var, o da Azərbaycandır: bütün azərbaycanlılar öz doğma ölkələri üçün harada yaşamalarından asılı olmayaraq vətənə xidmət etməli, onun çiçəklənməsi üçün mübarizə aparmalıdır. Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların Vətəni olub, bundan sonra da Vətəni olmalıdır. Ulu Öndərin bu sözləri dünya azərbaycanlıları üçün bir çağırış oldu. 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü təsis edilməsi bu istiqamətdə birgə fəaliyyətin güclənməsinə gətirib çıxardı.Ulu Öndərin uzaqgörən və ölkənin azərbaycançılıq məfkurəsi ruhunda siyasi kursu uğurla davam etdirə biləcək planlarından biri də 2003-cü ildə səhhəti ilə əlaqədar seçkilərdə özünün başlayıb axıra çatdıra bilmədikləri taleyüklü məsələlərin İlham Əliyev tərəfindən layiqincə davam etdiriləcəyinə dair xalqımıza tövsiyəsi oldu.
Uzaqgörən dahi siyasətçi bu seçimində də yanılmamışdı. 2003-cü ildə oktyabr ayında Prezident seçilən cənab İlham Əliyev Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirərək qarşıya qoyulan və xalqımızın milli mənafeyinə xidmət edən siyasi kurs öz nəticəsini verdi.2020-ci ildə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan ordusu tarix yazdı. Cəmi 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın 30 il erməni işğalı altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. Bu gün işğaldan azad edilmiş ərazilərdə misli görünməmiş tikinti-quruculuq işləri həyata keçir.Ulu Öndərin siyasi varisi cənab İlham Əliyev yenə də cəsarətli mübarizəsini davam etdirir. Dünyanın böyük ölkələrini və Beynəlxalq Təşkilatları haqsız qərarlarına və mövqelərinə görə cəsarətlə tənqid edən cənab Prezident Azərbaycanın haqq səsini dünyaya yayır.Ulu Öndərin ruhu bu gün şaddır. Cünkü onun arzusunda olduğu çiçəklənən Azərbaycan artıq dünyaya günəş kimi çıxır.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini