16 may 2023-cü il tarixdə YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev rayon Mədəniyyət Mərkəzi və Maliyyə İdarəsi ərazi partiya təşkilatlarında ideoloji işin, kargüzarlıq işlərin təşkili, partiyanın boy sırasının artırılması və üzvlük haqlarının Nizamnaməyə uyğun olaraq toplanaraq partiya büdcəsinə köçürülməsi sahəsində görülmüş işlərlə tanış olmuş, ərazi partiya təşkilatlarında çatışmazlıqları aradan qaldırmaq üçün müvafiq tapşırıq və tövsiyyələrini vermişdir. Eyni zamanda, “Heydər Əliyev İli” ilə əlaqədar müxtəlif növ tədbirlərin keçirilməsində ərazi partiya üzvlərinin fəallığının artırılmasını ƏPT sədrlərinə tövsiyə etmişdir.