PDF Oxu

Siyasət

  • 2 959

Brüssel görüşü İlham Əliyevin növbəti diplomatik uğurudur - ŞƏRH

Brüssel görüşü İlham Əliyevin növbəti diplomatik uğurudur - ŞƏRH

2023-cü il 14 may tarixində Brüsseldə Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan liderləri arasında növbəti üçtərəfli görüş baş tutdu. Dörd saata yaxın davam edən beşinci Brüssel görüşü də əvvəlki görüşlər kimi Azərbaycanın haqlı mövqeyinin bir daha açıq şəkildə bəyan olunması, siyasi qətiyyətinin nümayişi üçün imkan oldu. Bu Azərbaycan Prezidenti İlham Əliyev diplomatiyasının daha bir qələbəsidir. Yeri gəlmişkən, xatırladaq ki, Cənubi Qafqazda postmüharibə dövründə Azərbaycanın sülh və sabitliyə sadiqliyi xüsusilə dünyada ən böyük siyasi və iqtisadi mərkəzlərdən biri olan Avropa İttifaqı tərəfindən yüksək səviyyədə dəstəkləndi. Aİ Şurasının Prezidenti Şarl Mişellə Azərbaycan Prezidenti İlham Əliyev arasında intensiv dialoq və təmaslarla Azərbaycan-Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müvafiq mexanizmin formalaşması və predmetli danışıqlara başlanmasında, sülh müqaviləsi, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması kimi məsələlərin həlli istiqamətində əməli addımlar atılmasında özünü qabarıq büruzə verdi.

Nəticədə postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı və ilk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirildi, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyuldu, tərəflər arasında intensiv təmaslar aparıldı, telefon danışıqları gerçəkləşdirildi. Xatırladaq ki, Brüssel sülh gündəliyində prioritet istiqamət olan sülh razılaşmasının əsas komponenti Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmetli danışıqların aparılmasıdır. Bu sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür.

Və avqustun 31-də Brüsseldə keçirilən dördüncü üçtərəfli görüş dövlətimizin başçısı Şarl Mişelin vasitəçiliyi ilə konkret nəticə əldə edə bildi. Beləliklə, bir ay müddətində Xarici İşlər Nazirliyi xətti ilə sülh sazişinin mətni üzərində işə başlamaq üçün qruplar yaratmaq barədə razılıq əldə olundu.

Qeyd edək ki, yeni sənəddə Qarabağ mövzusu, həmçinin ATƏT-in Minsk Qrupu yer almayıb, MQ formatının artıq tarixdə fəaliyyətsiz bir qurum kimi qalması, əvəzində Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində Aİ-nın vasitəçilik formatının mövcudluğu öz ifadəsini tapıb. Bir sözlə, Azərbaycanın daxili işi olan Qarabağ mövzusunun müzakirə edilmədiyi qənaəti təsdiqlənib. Bununla belə sülh müqaviləsinin Bakının irəli sürdüyü və İrəvanın qəbul etdiyi məlum beş prinsip əsasında qurulacağı nəzərdə tutulub. Bütün bunlar isə Ermənistanı sülhə məcbur edən "Dəmir yumruğ"un gücüdür. Bir sözlə, beşinci Brüssel görüşündə də… Bir sözlə, iki ölkə arasında imzalanacaq sülh müqaviləsi rəsmi Bakının irəli sürdüyü məlum baza prinsipi əsasında qurulacaq. Lakin Ermənistan hələ də bundan yayınsa da, bundan sonrakı Brüsseldə keçirilən dördüncü və növbəti beşinci üçtərəfli görüşlərdə də yenə də Azərbaycanın şərtləri keçərli oldu və sülh prosesi ilə bağlı real addımlar atmağın mütləqliyini ortaya qoydu. Artıq iki ilə yaxın müddətdə hər cür hiylə, təxribatçı əməllərlə sülhə nail olmağı yubadan Ermənistanın bundan yayınmaq yolları bağlandı və o, sülh razılaşmasına məcbur edildi.Və növbəti beşinci Brüssel görüşü də bir daha sübut etdi ki, şərtləri qalib lider diktə edir və məğlub olan ölkənin rəhbəri də bu şərtlərə əməl etməlidir. Əvvəlki görüşlərdə olduğu kimi, beşinci Brüssel görüşündə də Azərbaycan bir daha göstərdi ki, 10 noyabr üçtərəfli Bəyanatında nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə və aparılan danışıqlar zamanı qəbul edilən qərarlara sadiqdir. Buna misal kimi sərhədlərin delimitasiyası komissiyasının dəhral yaradılmasını, eləcə də yeni Laçın yolunun 3 ilə deyil, daha tez hazır olmasını, Zəngəzur dəhlizinin açılması istiqamətində dəmir və avtomobil yolunun tikintisinin sürətləndirilməsini göstərmək yetərlidir. Əlbəttə ki, bütün bunlar regionda uzunmüddətli sülhün bərqərar olması istiqamətində mühüm addımlardır.

Üçtərəfli görüşdən sonra Şarl Mişelin verdiyi bəyanata nəzər yetirdikdə aydın görünür ki, Avropa İttifaqı ilk növbədə regionda sülhün tezliklə bərqərar olmasında çox maraqlıdır. Şarl Mişel bildirdi ki, tərəflərlə sərhəd məsələlərində irəliləyişi və sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi. Həmin kontekstdə liderlər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəldilər. Liderlər 1991-ci ilin “Alma-Ata Bəyannaməsi”nə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq etdilər. Sərhədlərin delimitasiyasının yekunlaşdırılması danışıqlar vasitəsilə baş tutacaq. Bu göstərir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü bu dəfə Avropa İttifaqı platformasında etiraf etmiş oldu. Görüşdə ermənilərin daim iddia etdiyi status məsələsi yenə də qaldırılmadı, hətta dövlətlər arasında münasibətlərin tənzimlənməsində ATƏT-in Minsk qrupunun fəaliyyətindən söhbət belə açılmadı. Şarl Mişel həm Azərbaycan Prezidenti İlham Əliyevin, həm də baş nazir Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək arzusunu bəyan etdiklərini qeyd etdi. Həmçinin, əvvəlki görüşlərdə olduğu kimi bu görüşdə də humanitar məsələlərə - itkin düşmüş insanların taleyinə, mina probleminə toxunuldu. Həmçinin Şarl Mişel bidlrdi ki, qarşıdakı həftələr ərzində saxlanılan daha çox şəxslər azad ediləcəkdir. Kommunikasiya məsələlərinə gəlincə, Şarl Mişel bildirdi ki, nəqliyyat xətlərinin açılması ilə bağlı şərtlərin müzakirəsində əldə olunmuş nəticələr nəzərdən keçirildi.

Bir sözlə, həm Soçi, həm də Brüssel görüşləri bir daha təsdiq etdi ki, qalib ölkənin qalib lideri Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü 5 prinsipdən hər hansısa birini Ermənistan həyata keçirməkdən boyun qaçırarsa, destruktiv addımlar atarsa, Azərbaycan təkcə Ermənistana deyil, havadarlarına da növbəti məğlubiyyəti yaşadacaq.

MƏŞHUR MƏMMƏDOV,
millət vəkili

Digər xəbərlər