Nəsimi rayonunda “Heydər Əliyev ili" çərçivəsində silsilə tədbirlər çərçivəsində Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı Cavadxan küçəsi 3 üzrə (S.Poladi adına 159 №-li tam orta məktəb) yerləşən ərazi partiya təşkilatında “Heydər Əliyev və Azərbaycançılıq salnaməsi” adlı tədbir keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, ümumtəhsil müəssisələrinin rəhbərləri, rayon Ağsaqqallar Şurasının üzvləri və məktəbin pedaqoji kollektivi iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, sonra Ulu öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə 159 nömrəli tam orta məktəbin direktoru Gülşən Novruzova qonaqları salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Tədbirdə Ulu öndər Heydər Əliyevlə bağlı məktəbin müəllimləri müxtəlif mövzularda çıxış etdilər. Sonra rayon Ağsaqqallar Şurasının üzvü Vahid Xəlilov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, 54 saylı tam orta məktəbin direktoru Sahibə Abbasova və 247 saylı tam orta məktəbin direktoru Sitarə Abbasova Heydər Əliyevin həyat və fəaliyyətindən danışmışlar. Tədbirin bədii hissəsində məktəbin şagirdləri Heydər Əliyevə olan məhəbbəti, sevgini hazırladıqları şeirlərdə, mahnılarda və rəqslərdə əks etdirdilər. Tədbirin sonunda bir qrup müəllimə Yeni Azərbaycan Partiyasının vəsiqələri təqdim olundu.