Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 29 sentyabr 2022-c il Sərəncamı ilə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar olaraq Yap Yasamal rayon təşkilatının “B.Bağırova küç.17” ünvanında (K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu) yerləşən ərazi partiya təşkilatında tədbir keçirilib. Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, sədr müavini Elnarə Mustafayeva, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Lətif Zeyniyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları və ərazi üzrə partiyanın üzvləri iştirak edib.Əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazu bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olmuş bacı və qardaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Çıxış edən K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Lətif Zeyniyev qeyd edib ki, müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi və qüdrətli sərkərdəliyi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bu gün əminliklə deyə bilərik ki, Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin, ölkəmizdə dinamik inkişafın əsasında Heydər Əliyevin ideyaları, onun formalaşdırdığı nadir inkişaf strategiyası dayanır.Çıxış edən B.Nəbiyev bildirib ki, XX əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan sosial-iqtisadi və siyasi həyatında təlatümlü günlər yaşadığı bir vaxtda xalqımızın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə ulu öndər Heydər Əliyev Azərbaycanda rəhbərliyə gələrək Respublikamızı ağır vəziyyətdən, böhrandan çıxardı. B.Nəbiyev qeyd edib ki, Ulu Öndər hakimiyyətdə olduğu illərdə Azərbaycan nəinki öz əbədi müstəqilliyini möhkəmləndirdi, hətta bütün sahələrdə beynəlxalq və regional çərçivədə bu gün də dinamik inkişaf edən böyük nailiyyətlər əldə etdi. Bütün bunlar ümummilli lider Heydər Əliyevin milli dövlətçiliyimizin ideya və təməlində dayanan siyasətinin nəticəsidir. Məhz bu siyasət ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək 44 günlük Vətən müharibəsində parlaq Zəfər əldə etməyimizə və regionda reallıqların yaranmasını nail olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasına yeni üzv olanlara vəsiqələr təqdim olunub.