PDF Oxu

Siyasət

  • 7 746

“Türkiyə seçkilərinin  ikinci turu kəskin mübarizə şəraitində keçəcək” MÜNASİBƏT

“Türkiyə seçkilərinin ikinci turu kəskin mübarizə şəraitində keçəcək” MÜNASİBƏT

“Türkiyədə keçirilən prezident seçkilərinin ilk turu hazırkı prezident, hörmətli Rəcəb Tayyib Ərdoğanın parlaq qələbəsi ilə başa çatdı. O, ikinci yer tutan rəqibi Kemal Kılıçdaroğlundan 2 milyon 520 min artıq səs toplayaraq prezident seçilməyə əsas namizəd olduğunu bir daha təsdiqlədi. Əksər müşahidəçilər və ekspertlər mayın 28-də keçiriləcək ikinci turdan sonra kimin dövlət başçısı olacağı məsələsində yekdil mövqeyə malikdirlər. Onlar şübhə etmirlər ki, seçkilərin son turu Rəcəb Tayyib Ərdoğanın qələbəsi ilə yekunlaşacaq”. Bunu siyasi ekspert Abutalıb Səmədov "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, mübarizə bitməyib və müxalifətin vahid namizədi Kamal Kılıcdaroğlu ikinci turda qələbə şansını hələ də saxlayır: “Bunu təcrübəli siyasətçi, son 20 ildə iştirak etdiyi bütün seçkilərdən qələbə ilə çıxan prezident Ərdoğan hamıdan yaxşı başa düşür və tərəfdarlarını arxayınlaşmamağa, əhali ilə işləməyə çağırır. Bu reallığı anlayan K.Kılıçdaroğlu seçkilər günü baş verən hadisələrdən sonra çaşqınlıq içərisində olsa da, sonrakı günlərdə fəallaşmağa və qələbə yollarını axtarmağa başladı. Seçki qərargahında bir neçə dəyişiklik etdi. Ankara və İstanbul böyük şəhər seçkilərində qələbə qazanmış Mansur Yavaş və Əkrəm İmamoğlu çox güman ki, bundan sonra qərargahın əsas fiqurları olacaq və kampaniyaya rəhbərlik edəcəklər.İlk turdakı ağır məğlubiyyətdən sonra müxalifətin hələ də qələbəyə ümid etməsinin kökündə nə dayanır? Müxalifətin əsas ümidləri İlk növbədə əhalinin iqtisadi durumunun ağır olması ilə əlaqədardır. Səsvermənin ertəsi günü birjalarda yaşanan kəskin düşüş gələcəkdə vəziyyətin daha da ağır olacağından xəbər verir. Bu amildən bundan sonra da gen-bol istifadə etməyə hazırlaşan müxalifət yeni şirnikləndirici vədlər verməyi də davam etmək fikrindədir.
A.Səmədov onu da bildirdi ki, Türkiyə qanunvericiliyinə görə seçkilərdə iştirak məcburidir və bu tələbə əməl etməyən vətəndaşlar cərimə olunurlar: “Buna baxmayaraq ilk turda 8 milyondan çox seçici səsvermə hüququndan istifadə etmədi. Müxalifət ev-ev gəzib onların heç olmasa bir hissəsini seçkiyə gətirəcəyinə və onların səsini alacağına ümid edir. K.Kılıçdaroğlu tərəfdarlarının 1 milyondan çox etibarsız səsləri almaq ümidləri də hələ qalmaqdadır.
Bundan başqa müxalifət tərəfindən ilk turda 2,8 milyondan artıq səs toplamış Sinan Oğanın da səslərini almağa cəhdlər davam edir. K.Kılıçdaroğlunun hamıdan əvvəl səsvermədə üçüncü olan Sinan Oğanla əlaqə saxlaması və görüş təklif etməsi, hələ görüş olmasa da artıq müəyyən təkliflərin irəli sürülməsi ikinci turun kəskin mübarizə şəraitində keçəcəyindən xəbər verir. Səsverməyə bir gün qalmış və seçkidən sonra verdiyi müsahibələrdə Sinan Oğan dəstək verəcəyi namizəddən edəcəyi tələbləri açıqladı. Əsas şərtinin “terrordan uzaq olma və köçmənləri göndərmək”-tələblərinin olduğunu bildirərək və dəstək verəcəyi namizəddən prezident yardımçısı və bir neçə nazir postu istəyəcəyini dedi. Artıq K.Kılıçdaroğlunun ona köçmənləri qaytarmaq səlahiyyətini verməyə hazır olduğu və bu məqsədlə ona bu işlə məşğul olacaq nazirliyə rəhbərlik etməyi təklif etməyə hazır olduğu iddiaları səslənməkdədir.
Çox güman ki, prezident Ərdoğan da Sinan Oğanla görüşəcək və dəstəyini almağa çalışacaq. Təəssüf ki, ilk tur səsverməsi başa çatmamış artıq qələbə qazanıldığını güman edən MHP başqanının müşaviri onu “məzarlıq oğrusu” adlandırdı və bu amil danışıqlara şübhəsiz ki, ciddi təsir göstərəcək. Bazarlıqlar necə keçiriləcək və son nəticədə Sinan Oğan kimin tərəfində olacaq? Çox istərdik ki, prezidentlik yarışının üçüncüsü hörmətli Rəcəb Tayyib Ərdoğanı dəstəkləsin və seçkilər onun qələbəsi ilə başa çatsın. Çünki bu qələbə həm Türkiyənin, həm də Azərbaycanın dövlət maraqlarına xidmət etmiş olacaq”.

GÜLYANƏ

Digər xəbərlər