PDF Oxu

Siyasət

  • 4 556

Aqrar sahədə yeni ixtiralar və innovativ yeniliklər TƏHLİL

Aqrar sahədə yeni ixtiralar və innovativ yeniliklər TƏHLİL

Azərbaycanın uğurlu daxili və xarici siyasəti sayəsində dövlətçilik ənənələri möhkəmlənib, iqtisadiyyat dinamik inkişaf edib. Dövlət neft strategiyasının həyata keçirilməsi ilə yanaşı, ölkəmizdə müasir iqtisadiyyatın əsaslarının yaradılması, torpaq islahatlarının həyata keçirilməsi, sahibkarlığın inkişaf etdirilməsi, maliyyə-bank sisteminin qurulması istiqamətlərində mühüm layihələr gerçəkləşdirilib. Ölkəmizdə neft və qeyri-neft sektorunun yüksəlişi ümumi daxili məhsulun artmasına, güclü sahibkarlar zümrəsinin və orta təbəqənin yaranmasına təkan verib. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan ölkənin sosial-iqtisadi inkişaf strategiyasında kənd təsərrüfatı önəmli yer tutub. Azərbaycanda aqrar sahənin inkişafı Ulu Öndərin fəaliyyəti ilə sıx bağlıdır. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Buna görə də paytaxt Bakıda keçirilən XVI Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı – "Caspian Agro" və XXVIII Azərbaycan Beynəlxalq Qida Sənayesi – "InterFood Azerbaijan" sərgiləri məhz Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. Ümummilli Lider Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının qəbul etdiyi qərarlar, imzaladığı fərman və sərəncamlar ölkə iqtisadiyyatının, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradıb. Əminliklə vurğulayaq ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli dərin islahatlar nəticəsində ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha yüksək vüsət alıb.

İNNOVASİYALARDAN İSTİFADƏ GÜNÜMÜZÜN ÇAĞIRIŞIDIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı Ekspo Mərkəzində keçirilən sərgilərlə tanış olublar. Bakı Ekspo Mərkəzinin bütün mümkün pavilyonlarını və açıq sahəsini əhatə edən sərgilərdə rekord sayda milli və regional stendlər nümayiş olunur. Ümumilikdə sərgilərdə 31 ölkədən 479 şirkət iştirak edir, 9 ölkə isə milli stendlərlə təmsil olunur. "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində ABŞ, Almaniya, Belarus, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, Rusiyanın regional qrupları, eləcə də builki debütant ölkə Tunis və Çexiyadan olan milli qruplar iştirak edirlər. Bildirilib ki, "Caspian Agro" və "InterFood Azerbaijan" sərgilərində KOBİA-nın dəstəyi ilə qida sənayesi və kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən mikro və kiçik sahibkarlıq subyektləri də öz məhsul və xidmətlərini təqdim edirlər. Sərgi çərçivəsində açıq sahədə kənd təsərrüfatında istifadə olunan texnikalar nümayiş olunur. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Azərtexnika" MMC, "Agritex" MMC, "Agromotors" şirkətlərinin və Gəncə avtomobil zavodunun texnikaları ilə tanış olublar.
Sərgi çərçivəsində "Kənd təsərrüfatında sudan səmərəli və davamlı istifadə üçün innovativ həllər", "Orqanik kənd təsərrüfatı: trendlər və inkişaf perspektivləri. Orqanik Naxçıvan brendinin təqdimatı", "Bitkiçilikdə məhsuldarlığı şərtləndirən aqrotexniki həllər və innovativ yanaşmalar" mövzularında panel sessiyalar keçirilib. Sessiyalar zamanı ölkədə kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər müzakirə olunub, bu sahədə tətbiq edilən innovativ həllər və nəticələr barədə informasiya-məsləhət xarakterli məlumatlar bölüşülüb.

MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ

Dünyada olduğu kimi, Azərbaycanda da ərzaq təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdəndir. Odur ki, ölkədə aqrar sahənin inkişafı məqsədilə dövlət tərəfindən sistemli dəstək tədbirləri davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən davamlı inkişaf strategiyasına uyğun olaraq kənd təsərrüfatı sahəsinin də inkişafında yeni mərhələ başlayıb. Belə ki, sistemli və dayanıqlı inkişafın dövlət tənzimlənməsinin mütərəqqi bir metoduna çevrilmiş regionların sosial-iqtisadi inkişafı dövlət proqramları çərçivəsində kənd təsərrüfatının inkişafı ilə bağlı yeni mexanizmlər tətbiq olunub. Bu baxımdan regionların sosial-iqtisadi inkişafı siyasəti çərçivəsində kənd yerlərində sosial infrastrukturun inkişafı, fermerlərin istehsal vasitələri ilə təminatının gücləndirilməsi məqsədilə "Aqrolizinq" ASC-nin yaradılması, kənd təsərrüfatı məhsulları istehsalçılarının gübrə, yanacaq və toxumla təminatının yaxşılaşdırılması üçün subsidiyaların verilməsi tədbirlərini xüsusi qeyd etmək lazımdır. Əminliklə vurğulayaq ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sistem xarakterli dərin islahatlar nəticəsində ölkəmizdə formalaşmış iqtisadi islahatlar və inkişafın Azərbaycan modeli mahiyyət etibarı ilə daha yüksək vüsət alıb.
Dövlət başçısı tərəfindən "Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında" 16 yanvar 2014-cü il tarixli Sərəncam və "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 16 aprel 2014-cü il tarixli fərmanları əsasında aqrar sektorun inkişafının prioritet hədəfləri yeni çağırışlar fonunda müəyyən edilmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkə iqtisadiyyatının mühüm sahəsi olan qeyri-neft sektorunun inkişafında, eləcə də əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayan kənd təsərrüfatının dinamik və dayanıqlı inkişafının təmin edilməsi istiqamətində davamlı işlər görülür. Görülən işlərin, həyata keçirilən tədbirlərin davamı olaraq "Aqrar sığorta haqqında" dövlət başçısının məlum Fərmanına əsasən, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi yaradıldı.
Kənd təsərrüfatının inkişafında yeni ixtiralar, innovativ yeniliklər mühüm rol oynayır. Ölkəmizdə aqrar sahədə müasir texnika və texnologiyaların tətbiqi məhsuldarlığın artırılmasında əhəmiyyətli rola malikdir. İqlim dəyişikliyi və qlobal istiləşmə fonunda torpaq və su resurslarından səmərəli istifadənin təşkili aqrar sektorda innovasiya və texnologiyaların daha geniş istifadəsini zəruri edir. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların və müasir texnologiyaların tətbiqi dövlət tərəfindən dəstəklənir. Aqrar sahələrdə innovasiyalardan istifadə günümüzün çağırışı olduğundan məhz belə sərgilər kənd təsərrüfatı məhsullarının istehsalçılarına innovativ yeniliklərlə lazımı şəkildə tanış olmağa şərait yaratmış olur.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər