PDF Oxu

Siyasət

  • 4 322

"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" FOTOLAR

"Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" FOTOLAR

Yasamal rayonu 21 nömrəli tam orta məktəbdə “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirilib

YAP Yasamal rayonu “M.Seyidov küç.27” (E.Məmmədov adına 21 nömrəli tam orta məktəb) ünvanı üzrə ərazi partiya təşkilatında ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.Qeyd edək ki, təşkil olunmuş tədbir iki hissədən ibarət olmuşdur. Birinci hissə Yasamal rayonunun məktəbləri arasında “Tarix yaradan şəxsiyyət” adlı intellektual yarışa, ikinci hissə "Heydər Əliyev və Azərbacan təhsili", "Heydər Əliyev və azərbaycançılıq məfkurəsi" adlı konfransa həsr olunmuşdur.Tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasama Rayon İcra Başçısının müavini Təravət Muradova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnkişaf Layihələr sektorunun müdiri Günay Qurbanova, “M.Seyidov küç.27” ünvanı üzrə ərazi partiya təşkilatını sədri, E.Məmmədov adına 21 nömrəli tam orta məktəbin dikretoru Elza Bağırzadə, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin professoru Elçin Əhmədov, "Zəkalar" liseyinini hərbi hazırlıq üzrə rəhbəri İbrahim Rüstəmli, “Xatirə“ kitabının baş redaktoru Nəzakət Məmmədli, ərazi üzrə partiyanın üzvləri, məkrəbin müəllim-şagird kollektivi və yarış iştirakçıları iştirak edib.Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib. Sonra ulu öndər Heydər Əliyevin və torpaqlarımızın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.Tədbirinin birinci hissəsində Yasamal rayonunun 21, 53,60, 158 və 308 nömrəli tam orta məktəblərinin iştirakçıları arasında “Tarix yaradan şəxsiyyət” adlı intellektual yarış keçirilmişdir. Qeyd edək ki, yarışın münsiflər heyətində YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi idarəetmə fakültəsinin professoru Elçin Əhmədov, "Zəkalar" liseyinini hərbi hazırlıq üzrə rəhbəri İbrahim Rüstəmli təmsil olunmuşdur. Yarışın sonunda qaliblərə diplomlar təqdim olunub.Tədbirin ikinci-konfrans hissəsində məruzə ilə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan xalqının dahilik simvolu olan ulu öndər Heydər Əliyevin dövlət, millət qarşısında tarixi xidmətləri zaman keçdikcə daha aydın görünür. Ulu Öndərin uzaqgörən müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan dünya xalqları içərisində inkişaf etmiş dövlətlər birliyində öz layiqli yerini tutmaq, tərəqqi etmiş ölkələr sırasına qoşulmaq yolunda böyük inam və qətiyyətlə irəliləmişdir. Bütün ölkədaxili, regional və coğrafi-siyasi maneələrə baxmayaraq, Azərbaycan dövlət quruculuğu və iqtisadi inkişaf sahəsində böyük nailiyyətlər əldə etmişdir. Məhz ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ölkəmiz əsl demokratiya yolu ilə inkişaf yoluna çıxmışdır. Ulu öndər Heydər Əliyev yolu mustəqil Azərbaycanımıza daha böyük uğurlar qazandırmaqdadır. Məhz son 19 ildə bu siyasətin ulu öndər Heydər Əliyevin layiqli siyasi davamçısı Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, təkmil islahatların həyata keçirilməsi, qarşıya yeni-yeni hədəflərin qoyulması bu əminliyə əsas verir. Ulu öndər Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Dövlət Başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Qələbəyə imza ataraq hazırda tarixi Zəfərinin reallıqlarını yaşayır. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının dalğalanması böyük qürurumuz, Heydər Əliyev siyasətinin təntənəsidir. Bu istiqamətdə də gənclərimizin fəaliyyəti və əldə etdikləri uğurlar əvəzolunmazdır. Çıxışının sonunda B.Nəbiyev intellektual yarışın qaliblərini təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Çıxışdan sonra bədii hissə təqdim olunub.

Sonda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər