NATO-nun üzvü olan dövlətlər 2023-cü ilin iyulunda Litvada keçiriləcək sammitdə müdafiə planını razılaşdırmağı planlaşdırırlar. “Şimali Atlantika Alyansı Rusiya Federasiyası ilə tammiqyaslı silahlı qarşıdurma halında Soyuq Müharibə bitdikdən sonra ilk müdafiə planını hazırlamağa başlayıb”. Bu fikirləri NATO-nun hərbi komitəsinin rəhbəri Rob Bauer bildirib. Qeyd olunur ki, NATO uzun müddətdir ki, bu cür planlar hazırlamaqdan çəkinir, çünki təşkilat heç vaxt belə ciddi münaqişə perspektivi ilə üzləşməyib."Biz hər an münaqişənin yarana biləcəyinə hazır olmalıyıq”.
“Reuters”in məlumatına görə, sənəddə toqquşmalar zamanı müxtəlif ölkələrdə hansı qüvvələrin yerləşdirilməsinə dair təlimatlar yer alacaq. Bu məlumatı NATO-nun baş katibi Yens Stoltenberq təsdiqləyib.