Dünyada konfliklər artıq hibrid dövrünü başa çatdırmaqdadır. İri dövlətlər başqa ölkələr üzərindən apardığı siyasəti dəyişərək qarşıdurmalarda birinci sıraya keçiblər. Cənubi Qafqaz regionu da iri dövlətlərin haqq-hesab meydanına çevrilib, deyə bilərik. İqtisadi cəhətdən zəngin olan bu bölgəni ələ keçirmək üçün aparılan “div” döyüşündən kimin qalib gələcəyini söyləmək isə nisbətən çətindir. Vəziyyət hər dəfə dəyişə bilir. Son Ermənistan-Azərbaycan münaqişəsinin 35 ili tamam olub. Bu müddət ərzində gedən qarşıdurmalarda kimlərin, hansı dövlətlərin izini görməmişik, kimlərin iç üzü açılmayıb, ölkəmizə qarşı aparılan ədalətsiz müharibədə kimlərin demokrat maskası yırtılmayıb ki? Bütün iyrəncliklərin, ikiüzlülüyün, rəzilliyin şahidi olmuşuq. Ədaləti bərpa etməkdə maraqlı olmayan, imitasiya ilə məşğul olan beynəlxalq qurumların da adları bəllidir. Amma nə etməli, əgər həmin təşkilatlar yenə də öz imiclərinə sadiqdirlərsə, niyə də biz öz işimizi özümüz görməyək? Necə ki, bunu 44 günlük müharibədə edə bildik, 26 il arxivlərdə yatan 4 qətnamənin pasını-hisini aça bildik, donuzları – erməniləri darıdan – işğal etdikləri Azərbaycan ərazilərindən “iti qovan kimi” qovduq.

Bu gün postmüharibə dövrünün ən vacib işi ilə məşğuldur Azərbaycan. Hələlik Ermənistana sülh təklif edir, elə köhnə vasitəçilərin yeni formatında danışıqlar aparır. Tərəflər gah Vaşinqtona, gah Brüsselə, gah da Moskvaya toplaşır, öz mövqelərini ortaya qoyur və növbəti danışıqlar şəhərinə yola düşürlər. Azərbaycan isə öz işindədir. Əgər “vasitəçilər”in ümidinə qalıb nəticəni gözləsəydik nə Laçın, Zabux və Sus kəndləri geri qayıdar, nə erməni separatçılarının silah daşıdığı yollar nəzarətə götürülər, nə şərti Ermənistan-Azərbaycan sərhədində vəziyyət yaxşılığa doğru dəyişər, nə Laçın rayonu ərazisində sərhər keçid məntəqəsi yaradılar, nə də Paşinyan ərazi bütövlüyümüzü tanıyardı. Fakt budur ki, bütün bunlar baş verib, vasitəçilərin iştirakı ilə aparılan danışıqlar isə...
May ayının 14-də Brüsseldə Ermənistan-Azərbaycan danışıqlarının bu platformada sayca 5-cisi baş tutdu, bundan əvvəl isə XİN başçılarının bir həftə davam edən müzakirələri Vaşinqtonda keçirildi, Rusiyada da müzakirələrin aparılması gözlənilir. Ermənistanın baş naziri Nikol Paşinyan mayın 25-də Moskvada Azərbaycan prezidenti İlham Əliyevlə planlaşdırılan görüşü açıqlayıb. Görüşdə İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanması məsələsinin müzakirə ediləcəyi gözlənilir. “Biz Rusiya tərəfindən mayın 25-də Rusiya prezidentinin vasitəçiliyi ilə üçtərəfli sammitin keçirilməsi təklifi almışıq. Biz bu təklifi qəbul etdik”, - deyə Paşinyan Ermənistan hökumətinin iclasında bildirib.
Ermənistanın baş naziri əlavə edib ki, tərkibi hələ açıqlanmayan nümayəndə heyəti ilə birlikdə Rusiya paytaxtına gedəcək. O qeyd edib ki, elan edilən məsləhətləşmələr zamanı Ermənistan və Azərbaycan tərəfindən bir-birinin ərazi bütövlüyünün tanınması məsələsi müzakirə olunacaq. Onun sözlərinə görə, bu, “ölkələr arasında sülh sazişinin mətninin yekunlaşdırılması istiqamətində mühüm addımdır”.

Qeyd edək ki, mayın 14-də Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə görüşüb. Ermənistan və Azərbaycan rəhbərlərinin növbəti görüşü iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin sammiti çərçivəsində baş tuta bilər, bundan sonra tərəflər iyulda Brüsseldə yenidən görüşə bilərlər. Bildirilir ki, təmasların məqsədi tərəflər arasında sülh müqaviləsi razılaşmasını yaxınlaşdırmaqdır. Avropa İttifaqı vasitəçilik səylərini gücləndirməzdən əvvəl iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Ceyhun Bayramovun Vaşinqtonda keçirdikləri görüş Rusiya Federasiyasında da diqqət mərkəzində olub. Moskva gizlətmir ki, bu təmaslarda Qərbin Moskva, İrəvan və Bakı arasında üçtərəfli formatı məhv etmək istəyi dayanır. Bu arada, mayın 9-da Paşinyan Qırmızı Meydanda Qələbə Paradında olarkən Ermənistan Xarici İşlər Nazirliyi Brüsseldə analoji görüşün tezliklə Rusiya Federasiyasının paytaxtında keçiriləcəyini elan etməyə tələsdi.
Mayın 8-də Aİ-nin mənzil-qərargahında gözlənilən Ermənistan-Azərbaycan danışıqları barədə ilk məlumatı “Financial Times” yaydı. Elə həmin gün axşam saatlarında Avropa Şurasının portalında Brüssel formatının bərpası ilə bağlı rəsmi açıqlama yayıldı: “Prezident Şarl Mişel Aİ-nin Cənubi Qafqazda sabitliyin təmin edilməsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində səylərini irəli sürmək üçün Ermənistan və Azərbaycan liderləri ilə sıx əlaqələri davam etdirir. Liderlər 2023-cü il mayın 14-də Brüsseldə keçiriləcək üçtərəfli görüşdə yenidən görüşmək barədə razılığa gəliblər”.
İndiyədək məlum idi ki, iyunun 1-də xanım Paşinyan və Əliyev Avropa Siyasi Birliyinin sammitinin keçiriləcəyi Kişinyovda Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzla görüşəcəklər. Bununla belə, Aİ-nin vasitəçiliyi ilə əlavə diplomatik təmasların olması xəbəri sürpriz oldu. Avropa İttifaqı açıq şəkildə bildirir ki, onlar Qarabağ nizamlanması ilə daha fəal məşğul olmaq niyyətindədirlər və bundan sonra Ermənistan və Azərbaycan başçıları Brüsseldə tez-tez qonaq ola bilərlər. Bundan əvvəl Mişel artıq 2021-ci ilin dekabrında və 2022-ci ilin aprelində onlar arasında vasitəçi kimi fəaliyyət göstərmişdi. “Liderlər yerlərdə cari hadisələri müzakirə etmək üçün Brüsseldə üçtərəfli görüşləri lazım olduğu qədər davam etdirmək barədə razılığa gəliblər”, - Avropa Şurasından bildirilib.
Lakin avropalı vasitəçilərin fəallaşması heç də o demək deyil ki, onların münaqişənin həlli ilə bağlı dəqiq planı var. “Politico”nun bu iddiasını ən azı iki Aİ diplomatik mənbəsi təsdiqləyib: "Gündəm hələ rəsmi olaraq müəyyən edilməyib". Avropalılar Brüsseldə aparılan danışıqları Vaşinqtonda baş tutan "vacib və müsbət sülh danışıqlarının davamı" kimi qiymətləndirlər.

Xatırladaq ki, mayın əvvəlində Ermənistanın xarici işlər nazirləri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər nazirləri Ceyhun Bayramov dövlət katibi Entoni Blinkenin dəvəti ilə ABŞ-a uçmuşdular Danışıqlar marafonunda Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan da iştirak edirdi. ABŞ-ın paytaxtında Mirzoyan və Bayramovun ikitərəfli formatda ünsiyyət qurmaq imkanları da olub. Nəticədə, dövlət katibi Blinken keçmiş təmaslardan çox razı qalaraq bildirib ki, tərəflər “davamlı sülh sazişinin bağlanmasında nəzərəçarpacaq irəliləyiş əldə ediblər”, onun sözlərinə görə, “nəticə, görünür, əlçatandır”.
Lakin Azərbaycan lideri o qədər də nikbin deyil, Paşinyanın da ümidi azdır. Belə ki, Nikol Paşinyan 29,8 min kvadratmetr ərazisi olan respublikanın ərazi bütövlüyünün tanınması ilə bağlı qalan fundamental fikir ayrılıqlarından danışıb. Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsi isə Azərbaycanın daxili işi olduğu üçün bu barədə heç bir söhbət aparılmadığı diqqət çəkib. İlham Əliyev hətta bəyan edib ki, Bakı ilə İrəvan arasında kənar vasitəçilər olmadan birbaşa danışıqlar daha faydalı olacaq.
İndi bəzi platformadakı “vasitəçilər” sülhün əldə olunmasına “ciddi maneələrdən biri kimi” aprelin 23-də Azərbaycan tərəfinin Laçın rayonunun girişində yaratdığı keçid məntəqəsini görür. Bunu Ermənistanı Qarabağla birləşdirən yeganə yol kimi təqdim edirlər. Bakı bu addımını “silah qaçaqmalçılığını dayandırmaq” zərurəti ilə izah edib, İrəvan isə Azərbaycanı “Qarabağı blokadada saxlamaqda” və “etnik təmizləməyə hazırlaşmaqda” ittiham edib. Vaşinqton regionda yeni status-kvo ilə bağlı narahatlığını ifadə etməklə kifayətlənib, lakin bütövlükdə vəziyyətə təsir etməyib.
Bu arada Moskvada ABŞ-ın, xüsusən də Avropa Birliyinin vasitəçilik fəaliyyətinə ört-basdır edilməmiş qıcıqla yanaşılır. Həm Kremldə, həm də siyasi dairələrdə daim vurğulayırlar ki, sülh sazişinin əsasını yalnız 2020-ci ilin noyabrında Qarabağda müharibənin vasitəçiliyi ilə dayandıran Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ola bilər. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu sənədi və orada sadalanan məqamları “alternativ yoxdur” adlandırıb.
Düzdür, o vaxtdan bəri tərəflər sülhün tamhüquqlu nəticəsinə yaxınlaşa bilməyiblər və Moskva bunda Qərbi günahlandırır. 2022-ci ilin oktyabrında Aİ Ermənistan və Azərbaycan sərhədinə mülki missiya göndərmək qərarına gələndə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova demişdi: “Biz bunu Avropa İttifaqının hər hansı formada müdaxilə etmək üçün növbəti cəhdi kimi görürük. Azərbaycan və Ermənistan arasında münasibətlərin nizamlanmasında ölkəmizin vasitəçilik səylərinə təzyiq etmək”. Bundan əvvəl Zaxarova ABŞ və Fransanı Qarabağ nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun formatını qəsdən “tarixin zibil qutusuna göndərməkdə” günahlandırmışdı (Moskva, Vaşinqton və Paris qrupun həmsədrləri kimi çıxış edirdilər. 24 fevral 2022-ci il tarixindən sonra isə bu “qurum” faktiki olaraq funksiyasını dayandırıb).
Aİ Rusiya ilə qonşuları arasında gərginlik yaratmağa, onu sülh prosesindən kənarlaşdırmağa çalışdıqlarını inkar edir. "Biz ruslara bunun Aİ üçün bir növ geosiyasi oyun olmadığını çatdırmaq üçün əlimizdən gələni etdik. Əgər həqiqətən bir məqsədimiz varsa, o zaman bir-birimizin səylərini tamamlaya bilərik və buna rəqabət kimi baxmayaq", bunu Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar martın əvvəlində Bakıya səfəri zamanı deyib. Eyni zamanda, o, Qarabağdakı rus sülhməramlılarına Laçın dəhlizi ilə daşınan yüklərin yoxlanılması üçün əlavə vasitələrlə təmin edilməsinə kömək etməyi təklif edib.
Ermənistanın baş naziri alternativ “Qərb” layihələrinin olmamasından da danışıb. Onun mayın 14-də cənab Əliyevlə danışıqlar üçün Brüsselə uçması xəbəri fonunda ekspertlər Nikol Paşinyanın mayın 9-da Moskvaya işgüzar səfərinə yeni nəzər salıblar. Əsas məqsəd Ermənistan liderinin Qırmızı Meydandakı Qələbə Paradında iştirakı olsa da, ola bilsin ki, Paşinyan Aİ-nin mənzil-qərargahına səfəri öncəsi Kremlin də qol saatını yoxlayıb. Elə həmin gün Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan elan edib ki, Brüssel görüşündən sonra Moskvada Nikol Paşinyan və İlham Əliyevin iştirakı ilə, həmçinin üçtərəfli formatda yeni danışıqlar aparılacaq. Ovannisyanın sözlərinə görə, Vaşinqtonda keçirilən son görüşdən “heç kim möcüzə gözləmirdi”, ona görə də “iş davam etdiriləcək”.
Beləliklə, danışıqlar hələ də davam etdirilir. O da aydın məsələdir ki, bütün bunlar, iddialar, oyundankənar addımlar regionda sülhü əngəlləyir. Danışıqlar üçün platformanın sayı artdıqca “Qorbi düyünləri”nin sayı da çoxalır.
V.VƏLİYEV