PDF Oxu

Siyasət

  • 2 135

Krım Kiyevdən kompensasiya tələb edir ŞƏRH

Krım Kiyevdən kompensasiya tələb edir ŞƏRH

“Krım Ukraynaya qarşı iddiaların siyahısını genişləndirəcək. Biz yeni iddialar əlavə etməyi, Krıma dəyən zərəri, ilk növbədə, Kiyev cinayətkarlarının artıq gizlənmədiyi terror aktları nəticəsində dəymiş ziyanı qiymətləndirməyi planlaşdırırıq” .Bu sözləri Krim parlamentinin rəhbəri Vladimir Konstantinov deyib. Onun sözlərinə görə, bütün iddialar hazırlandıqdan və qiymətləndirildikdən sonra onlar Kiyevə təqdim olunacaq.

"Bir qədər əvvəl isə Krım tərəfi Ukraynadan yarımadanın su blokadasından büdcəyə dəyən ziyanı təsdiqləyən sənədlərlə ilk iddianı hazırlayıb. Digər blokadaların, o cümlədən enerji və nəqliyyatın vurduğu ziyanın hesablanması istiqamətində işlər davam etdirilir"deyə Vladimir Konstantinov bildirib.

Qeyd edək ki, Krım 2014-cü ildə yarımada sakinlərinin əksəriyyətinin Rusiya Federasiyasına birləşməyə səs verdiyi referendumdan sonra Rusiyanın tərkibinə daxil olub. Kiyev səsvermənin nəticələrini tanımaqdan imtina edir və Krımı öz ərazisi hesab edir. Rusiya hakimiyyəti dəfələrlə bəyan edib ki, respublika sakinləri demokratik yolla birləşməyə səs veriblər və nəhayət, yarımadanın mülkiyyət məsələsi bağlanıb.

Xatirladaq ki, Ukrayna tərəfi Krımın ilhaqı və Donbasın dağıdılmasına görə ölkəsinin Rusiyadan azı 1 trilyon qrivna (təxminən 50 milyard dollar) tələb etmək niyyətində olduğunu bildirib. Ukrayna Baş naziri bildirib ki, Kiyev hazırda Rusiya ilə hüquqi savaşa hazırlaşır. Kompensasiya ilə yanaşı məhkəmə araşdırması gündəliyinə Moskvanın Ukraynanın 3 milyard dollarlıq borcunu restrukturizasiya etmək istəməməsi salına bilər.

İlham

Digər xəbərlər