PDF Oxu

Siyasət

  • 5 536

Paşinyanın oğul dərdi... OLAY

Paşinyanın oğul dərdi... OLAY

Versiyalar müxtəlifdir

Erməni mediası yazır ki, Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Şurasının 4-cü sammitində bir neçə görüş planlaşdırıbmış. Lakin...

Lakin hər şey onun istədiyi kimi olmayıb, daha dəqiq desək, oralıq olmayıb. Sosial şəbəkələrin erməni seqmenti, eləcə də Reykyavikdə keçirilən sammitdə Paşinyanı müşahidə edənlər onun qəribə hərəkətləri barədə danışmağa başlayıblar. Hətta kuryoz hadisənin təfərrüatları barədə də qeydlərini ediblər. Beləliklə...

Nikol Paşinyan çıxışına az müddət qalmış sammitin keçirildiyi zalı başılovlu tərk edib.

"O praktiki olaraq zaldan qaçaraq çıxıb", - deyə yazan hadisə şahidləri bildiriblər ki, Paşinyan orada telefonla kiminləsə əsəbi və yüksək səslə danışmağa başlayıb. Məhz həmin anlarda ona deyiblər ki, oğlu hansısa şəxslər tərəfindən oğurlanıb.

Hansı nəticələri çıxarmaq olar?

İlk olaraq nəticə hasil etmək mümkündür ki, onun oğlunun oğurlanması faktı, məhz Paşinyanın ölkədə olmayacağını bilənlərin köməyi ilə baş verib. Yəni planın qurulmasında hakimiyyər dairələrinfə olanlardan kiminsə əli var. Çünki Paşinyanın sammitə getməsi onun iclasda iştirak etməsindən sonra bəlli olacaqdı.

Hadisənin törədilməsi digər məsələləri də üzə çıxarır. Misal üçün, bəlli olur ki, İrəvandakı bəzi güclər bu vasitə ilə Nikol Paşinyana xəbərdarlıq siqnalı göndərməyə cəhd ediblər. Çünki son vaxtlar erməni baş nazir Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bir neçə dəfə bəyan edib. Eləcə də İslandiyada da həmin bəyanat səslənəcəkdi.

Onun Azərbaycanın 86 min kv.km-lik ərazisini tanımaqdan başqa heç bir çarəsi yoxdur!

Daha bir mümkün ehtimal budur ki, Paşinyanın oğlunu oğurlamaq istəyənlər müharibədən sonra övladları cəbhədə ölən hərbçilərin valideynləridirlər. Onlar baş nazirə necə deyərlər, "övlad dağı" çəkdirmək üçün bu addımı atıblar.

Fakt isə budur ki, Paşinyanın heç bir çıxış yolu qalmayıb və hətta oğlu oğurlanıb-qaytarılmasaydı belə, onun Azərbaycanın 86,6 min kv.km-lik ərazisini tanımaqdan başqa heç bir çarəsi qalmayacaqdı və yoxdur da!

Yeri gəlmişkən, Paşinyanın övladının oğurlanmasında iştirak edən Qayane adlı erməni qadını məhkəmələrdə və istintaq orqanlarında süründürülməkdədir və bu hal da erməni cəmiyyətində qıcıq yaradır. Övladı cəbhədə ölənin anasının polis zorakılığına məruz qalması Ermənistanın yenidən çalxalanmasına səbəb ola bilər. Hər halda, az da olsa Paşinyan çıxılmaz vəziyyətdədir.

Afət Tahirqızı

Digər xəbərlər