PDF Oxu

Siyasət

  • 2 613

Molla rejimi heç bir müəsəlman ölkəsi ilə normal əlaqələrə malik deyil TƏHLİL

Molla rejimi heç bir müəsəlman ölkəsi ilə normal əlaqələrə malik deyil TƏHLİL

Molla rejiminin meydan suladığı torpaqlarda insanların hicab əleyhinə və azadlıqlarının təmin olunması, güneyli soydaşlarımızın müstəqllik əldə etmək uğrunda apardıqları mübarizə getdikcə genişlənməkdədir. Bir neçə aydır davam edən aksiyalar hər ötən gün daha da böyüməkdə, mitinqə qoşulanların sayı bir qədər də artmaqdadır. Aksiyanın dayandırılması üçün rejimin göstərdiyi çabalar nəticəsiz qalmaqdadır. Bu baxımdan, onu demək olar ki, tələblər yerinə yetirilənə qədər aksiyalar davam edəcək. Hazırda aksiyalar daha çox Tehran, Zahidan, Xaş, Sərəvan, Raskda, Tehran, Ekbatan, Lahican, Kərəc, Əlburz, Rəşt, Gilan və digər şəhərləri əhatə etməkdədir. Aksiya iştirakçılarının səsləndirdikləri şüarlar, başları üzərində qaldırdıqları plakatlarda yazılanlar diqqəti cəlb edir. Daha doğrusu, şüarlar dünya mətbuatının diqqət çəkdikləri mövzuya çevrilib. “Abırsız sənsən”, “Əxlaqsız sənsən”, “Mən azad qadınam”, “Bəsiciyə ölüm!”, “Xameneyiyə ölüm!” və bu kimi şüarlar səsləndirilir. Bununla yanaşı, əsəbləri tarıma çəkilən aksiya iştirakçıları dövlət binalarına hücum edib, yandırıcı məhlullarla binaların altını üstünə çevirirlər. Küçələrdə mollaların əmmamələrini başlarından alınıb yerə atılaraq tapdanması halları da baş verməkdədir. Bu kimi hallar onu deməyə əsas verir ki, molla rejimi idarəetməni tamamilə itirib. Ölkədə baş verən dərin xaos və anarxiya bir gün molla rejiminin süqutu ilə bitəcəyindən xəbər verir.

Molla rejimi diqqəti yayındırmağa çalışır

Ekspertlərin gəldikləri qənaətə görə, Qərb dünya üçün təhlükə mənbəyi olan molla rejimini bitirənə qədər aksiya iştirakçılarına hər cür yardımını əsirgəməyəcək. Bu arada diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, molla rejimi daxildəki uğursuzluğunu xarici siyasətdəki ağır, üzücü problemləri aradan qaldırmaqla pərdələməyə çalışır. Molla rejimi Səudiyyə Ərəbistanı ilə aralarında yaranan problemi həll etdiklərini bəyan etdikdən sonra Misirlə də münasibətləri normallaşdırmağa çalışırlar. Misir dövləti Tehranda rəsmi diplomatik nümayəndəliyi olmayan yeganə müsəlman ölkəsidir. Tərəflər 43 ildən sonra normallaşmaya qayıdırlar. Bundan əvvəl dəfələrlə barışmağa cəhdlər edilsə də, bu, nəticə verməyib. Münasibətlərin əriməsi yalnız Tehranın regiondakı əsas rəqibi Ər-Riyadla yaxınlaşmasından sonra müzakirə olunub. Məlumdur ki, molla rejimi ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin gərgin olmasına səbəb Ər-Riyadın ABŞ-la sıx qarşılıqlı əlaqəsi, eləcə də krallıqdakı monarxiyanı tənqid edən nüfuzlu şiə ilahiyyatçının Ər-Riyadda edam edilməsi olub. Molla rejimin öyrədilmiş və təlimat almış qəzəbli nümayişçiləri Səudiyyə Ərəbistanı səfirliyinin binasına hücum ediblər. Daha sonra Ər-Riyad molla rejimi ilə diplomatik əlaqələri kəsdi.

Molla rejimi qatili qəhrəmanlaşdırdı

Hazırkı mərhələdə Şərqdə yeni geosiyasi hadisələrin baş verməsi molla rejimini Ər-Riyada qarşı münasibətlərini dəyişməyə məcbur etdi. Nəticədə, ötən həftə hər iki ölkənin xarici işlər nazirləri barışıq əldə edilməsi barədə razılaşma əldə etdilər. Lakin molla rejimin iyrənc və terrora meyilli siyasətə daha çox meyil etməsi onu deməyə əsas verir ki, Səudiyyə Ərəbistanı ilə molla rejimi arasında münasibətlər normallaşmayacaq. Eynilə Misirlə Tehran arasında buzlar əriməyəcək. Molla rejimin parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Fəda Hüseyn Maliki isə iddialı şəkildə özünü aldatmağa cəhd edib ki, İraqda İran və Misir arasında danışıqlar davam edir, iki ölkə arasında əlaqələr yaxın vaxtlarda bərpa olunacaq: “Əvvəlcə iki ölkənin səfirlikləri açılacaq. Bundan əvvəl Qahirə İran vətəndaşlarına turist vizalarının verilməsini bərpa etdiyini açıqlamışdı.

Əvvəllər ölkələr arasında kifayət qədər güclü əlaqələr var idi. Lakin onlar 1980-ci ildə İran İslam İnqilabından sonra, Qahirənin devrilmiş şah Məhəmməd Rza Pəhləviyə sığınacaq verməsi və Kemp-Devid sülh sazişinin İsraillə imzalanmasından sonra pozuldu. 1980-1988-ci illər İran-İraq müharibəsi zamanı Qahirə Bağdadı dəstəkləmiş, eyni zamanda, ABŞ-la sıx əlaqələr qurmuşdu ki, bu da Tehranı qıcıqlandırmaya bilməzdi. Molla rejimi buna cavab olaraq Misir prezidenti Ənvər Sədatın qatili, dindar fanatik Xalid İslambulini qəhrəmanlaşdırdı. İlk dəfə ərəb baharından sonra mümkün istiləşmədən danışmağa başladılar. Misirdə Hüsnü Mübarək devrildi və ölkələr münasibətlərin normallaşmasına doğru yönəldi: Misirin İrandakı səfiri və İranın Misirdəki diplomatik missiyasının rəhbəri təyin edildi.

Molla rejiminin dostu qeyri-müsəlmanlardır

2012-ci ildə Misir lideri Məhəmməd Mursi İslam İnqilabından sonra ilk tarixi səfərini İrana etdi. Bir il sonra İran lideri Mahmud Əhmədinejad Tehrana rəsmi səfər etdi. Ancaq molla rejiminin dünyanı terrorla təhdid etməsi, insanlığa qarşı cinayətlərə daha çox maraq göstərməsi bəşəri dəyərləri daha üstün tutan Misir hökumətini Tehranla əlaqələri normallaşdırmaqdan çəkindirdi. 2015-ci ildə Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin İranla heç bir əlaqəsinin olmadığını, yalnız müxtəlif təşkilatların kənarında olduğunu bildirmişdi. 2021-ci ildən bəri İraqın paytaxtında danışıqların bir neçə mərhələsi keçirilib. Daha sonra dialoq yenidən başladı, sonra yenidən dayandı. Bir il sonra uğurun çox yaxın olduğu görünürdü. Krallıq 2016-cı ildən bəri ilk dəfə İslam Əməkdaşlıq Təşkilatında işləyən üç iranlı diplomata viza verib. Lakin qeyd etdiyim kimi, bütün güzəştlərə və normal çağırışlara baxmayaraq molla rejimi sonda vədinə xilaf çıxacaq. Çünki qarşısındakı müsəlman ölkəsidir. Molla rejimi ancaq Rusiya, Ermənistan, Fransa, Yunanıstan və digər qeyri-müsəlman dövlətləri ilə əməkdaşlığa can atır. 30 il Azərbaycan torpaqları erməni terrorçu hərbi birləşmələri tərəfindən işğalda qaldığı zaman bir dəfə də olsun danışmayan, məscidlərimizin, tarixi memarlıq nümunələrimizin dağıdılmasına, viran edilməsinə etiraz etməyən molla rejimi elə ki ordumuz torpaqlarımızı azad edib, ərazi bütövlüyümüzü bərpa etdi dillənməyə başladı. Hətta Zəngəzur dəhlizi ilə bağlı baş molla “ora bizim qırmızı xəttimizdir" - deyə sərsəm bəyənatla çıxış etdi. Bu baxımdan demək olar ki, molla rejiminin müsəlman ölkələri ilə əlaqələrin normallaşma təklifinə ciddi yanaşmaq olmaz.

İ.ƏLİYEV

Digər xəbərlər