“İyun ayının 1-də Kişinyovda Avropa İttifaqı siyasi birliyinin növbəti ikinci toplantısının keçirilməsi gözlənilir. Konfransı ötən ilin oktyabrda ilk dəfə Praqada keçirilən bu konfransın növbəti mərhələsi kimi qiymətləndirilməlidir. Hesab edirəm ki, Azərbaycan və Ermənistan liderləri də o görüşdə məsələləri növbəti dəfə müzakirə etmək və narahatlıq doğuran məsələlərin gündəliyə çıxarılması imkanları əldə edəcəklər. Bu görüşdə Fransa və Almaniya liderinin də iştirakı nəzərdə tutulub”. Bunu politoloq Anar Əliyev "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu görüş müzakirə formatı deyil, sadəcə, Avropa siyasi birliyi çərçivəsində liderlər arasında növbəti görüş imkanıdır: “Bildiyiniz kimi, Prezident İlham Əliyev də hər zaman Azərbaycanın haqlı mövqeyinin müdafiə olunması və ifadə olunması üçün bütün platformalardan, görüşlərdən istifadə etməyə çalışıb. Bizim çəkinəcəyimiz, qorxacağımız və ehtiyat edəcəyimiz heç bir məsələ olmadığı üçün istənilən görüşdə mövqeyimizi ifadə etməyə hazırıq. Hesab edirəm ki, iyun ayının 1-də keçiriləcək görüşü bu istiqamətdə növbəti addımlardan biri kimi qiymətləndirilə bilər. Digər tərəfdən orada Fransa ilə yanaşı Almaniya liderlərinin də iştirakı onu da göstərir ki, bəli, burada Fransa təkbaşına moderator və vasitəçi rolunda çıxış edə bilmir. Yəni, istəyini reallaşa bilməyibdir. Hətta adi görüşdə belə öz istəyini qəbul etdirə bilməyibdir. Eyni zamanda, bir məsələni də qeyd etmək istəyirəm ki, Azərbaycanın Fransanın vasitəçi rolundan birmənalı olaraq imtina etməsinin çox ciddi hüquqi əsasları mövcuddur və bunu biz dəfələrlə bəyan edirik. Çünki beynəlxalq hüquqda və beynəlxalq terminalogiyada münasibətlərin tənzimlənməsinin münaqişə edən tərəflər arasında münasibətlərin qurulmasının bir neçə alternativ yolları mövcuddur ki, onlardan bir də arbitrajın seçilməsidir. Beynəlxalq terminalogiyada açıq mətnlə qeyd olunur ki, arbitir ona müraciət edən münaqişəli tərəflərin münasibətlərinin normallaşmasına hər hansı bir ilə xüsusi ünsiyyətdə olmamalıdır. İndiki halda isə Fransa həm Ermənistanla həm də Azərbaycanla xüsusi fərqli ünsiyyətdir. Yəni Ermənistana münasibətdə özünü böyük bacı kimi göstərir və onun hüquqlarının müdafiəçisi kimi çıxış edir. Azərbaycana münasibəti isə demək olar ki düşmən mövqeyindədir və münasibətlərin gərginləşməsinə xidmət edən davranışlar nümayiş etdirir. Azərbaycanın haqlı mövqeyinin güclənməsinin qarşını ala biləcək, ona zərbələr vura biləcək qanuna zidd davranışlar, bəyanatlar səsləndirir. Hesab edirəm ki, bu anlayış beynəlxalq hüquqla və beynəlxalq terminalogiya ilə Fransanın arbitir rolunu birmənalı şəkildə inkar edir”.
Anar Əliyev onu da qeyd etdi ki, Fransanın özünə hörmət etməsi və beynəlxalq imicini nəzərə alması və könüllü şəkildə vasitəci iddialarından geri çəkilməsi lazımdır: “Bunu isə indiki Makron adminstrasiyasından gözləmək təəssüf ki o qədər də inandırıcı deyil. İyun ayının 1-də keçiriləcək görüş çərçivəsində Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını bu baxımdan real hesab etmirəm. Çünki kifayət qədər Ermənistan tərəfinin əsasız iddiaları və sülh danışıqlarından yayınma ritorikasını, təcrübəsini biz müşahidə etmişik. Hesab edirəm ki, bu görüş çərçivəsində Ermənistan yenə də müxtəlif əsassız təhrikedici fikirlərlə, təkliflərlə, tələblərlə sülh gündəliyini pozmaq, dəyişmək və proseslərin tənzimlənməsinə mane olmağa çalışacaq. Xüsusilə nəzərə alsaq ki, həmin görüşdə Ermənistana dəstək verən bir qüvvədə orda təmsil olunur. Belə bir vəziyyət münasibətlərin tənzimlənməsinə deyil, gərginləşməsinə xidmət edən mövqeləri biz orda eşidə biləcəyik. Bu mənada hesab edirəm ki, iyun ayının 1-də keçirilməsi gözlənilən görüş çərçivəsində Ermənistanla Azərbaycan arasında nəinki sülh müqaviləsinin, hətta ilkin ciddi şərtlərin belə razılaşdırılmalısı o qədər real görünmür”.
GÜLYANƏ