Bu gün gərgin və qarışıq dünya gündəmində əsas diqqətlərin Türkiyədə keçirilməsi nəzərdə tutulan 28 may prezident seçkilərinə yönəlib. 14 may seçkilərində qalibi müəyyənləşdirmək mümkün olmasa da, görünən ondan ibarətdir ki, Türkiyə dövləti özlərini azad, demokratik dövlət kimi təqdim edən ölkələrə demokratiya dərsi keçdi. Bir daha aydın oldu ki, Türkiyə dövləti və ona rəhbərlik edən hakimiyyət komandası üçün əsas məqsəd və hədəf xalqın seçimidir. Xalq isə 14 may seçkilərində seçki məntəqələrinə gedərək azad şəkildə öz iradələrini ifadə etdilər. Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib. Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar. Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.
Demokratik seçki ənənəsinə sadiqlik
Prezident seçkilərində qalibi müəyyənləşdirmək mümkün olmasa da, Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf partiyası parlamentdə çoxluğa sahib ola bilib. Siyasi ekspertlərində gəlikləri qənaətə görə, parlamentdə çoxluğa sahib olan partiyanın sahibi 28 may seçkilərinin qalibi olacaq. Deməli, 28 may seçkilərində Rəcəb Tayyib Ərdoğan xalqın səsini qazanaraq ölkənin 13-cü prezidenti olaraq fəaliyyətini davam etdirəcək.
Hazırkı ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentə qazanılan qələbənin 28 may seçkiləri üçün önəmli qələbə olduğunu bildirib: “Türkiyədə 28 may tarixində keçiriləcək prezident seçkilərinin ikinci turunda millətimizin iradəsi və dəstəyi sayəsində rekord göstərici ilə qalib gələcəyik. Millətimiz 14 may tarixində 323 millət vəkili ilə parlamentdə çoxluğu Cümhur İttifaqına verərək, əslində, öz iradəsini nümayiş etdirdi. Prezidentlikdə isə 49,5 faiz səslə 27 milyondan çox vətəndaşımız bizə üstünlük verdi”.
Qeyd etmək lazımdır ki, seçkilər Türkiyənin 100 illiyində keçirilir. Bu isə xüsusi anlam daşıyır. Deməli, 14 may seçkilərində olduğu kimi, 18 may seçkilərinin də cox gərgin mübarizə şəraitində keçəcəyini göstərir. Lakin bütün cəhdlərə və bir-birində fərqli mübarizə üsullarına baxmayaraq, sonda qalib tərəf R.T.Ərdoğan olacaq. Çünki R.T.Ərdoğanın Türkiyə xalqı ilə yanaşı, dünyada da böyük hörmətə və rəğbətə malikdir. Xüsusilə də, Azərbaycanda hər kəs sayın Ərdoğana böyük hörmət bəsləyir. Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçirilir. Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında təşkil edilib. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başladığı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq. Ölkəmizdə minlərlə Türkiyə vətəndaşının yaşadığını nəzərə alsaq, seçkilərdə yüksək seçici fəallığı olacağını demək olar. Verilən məlumatlara görə, hazırda Türkiyənin xarici nümayəndəliklərində və gömrük qapılarında prezident seçkilərinin ikinci turu üçün səsvermə davam edir. Ali Seçki Komissiyasının məlumata görə, xarici nümayəndəlik və gömrük qapılarında ümumilikdə 1 milyon 38 min seçici səs verib: “Nümayəndəliklərdə səsvermə mayın 24-də başa çatacaq, gömrükdə isə mayın 28-i saat 17.00-dək davam edəcək. Xarici nümayəndəliklərdə səsvermə həftə içi və istirahət günləri yerli vaxtla saat 09.00-dan 21.00-dək, baş konsulluğa tabe olan şəhərlərdə isə yerli vaxtla saat 09.00-dan 18.00-a qədər aparıla bilər. Gömrük qapılarında 24 saat səs verə bilərsiniz”.
Avropanın əksər bölgələrində olduğu kimi, Almaniyada da yaşayan türklərin məntəqlərə gedərək müəyyənləşdirdikləri namizədlərə səs verilməsi yüksək seçici fəallığı ilə müşahidə olunub. Ən çox türk seçicinin Almaniyada olduğu Şimali Reyn-Vestfaliya əyalətinin Köln, Essen, Düsseldorf və Münster şəhərlərindəki baş konsulluqlarda səslər rekord fəallıqla verilib. Essen şəhərindəki Baş Konsulluq binasında səs vermək istəyən vətəndaşlar uzun növbə yaradıblar. Xaricdəki Türklər və Qohum Topluluqlar (YTB) sədri Abdullah Eren Essen Baş Konsulluğu Seçki Mərkəzində olub. YTB Başçısı Eren, vətəndaşların seçki qutusuna olan sıx marağından məmnun olduqlarını ifadə edərək, “Dünyada belə bir təşkilatı təşkil edən ikinci bir ölkə yoxdur” deyib. “Türkiyənin xaricdəki səsvermə təşkilatının böyüklüyünə”diqqət çəkib və çağırış edərək qeyd edib ki, bütün vətəndaşlarımızı siyasi baxışlarından asılı olmayaraq demokratiyanı qorumağa və demokratiya ziyafətinə çağırıram: “Dünyanın heç bir ölkəsi xaricdə 73 ölkədəki 167 səsvermə mərkəzində vətəndaşlarının ayağına belə qutular gətirmir. Çox böyük səsvermə var. Burada xarici işlər nazirliyimizə, səfirliyimizə və baş konsulluğumuza təşəkkür edirik”. Baş konsul Taylan Özgür Aydın: Seçki dairəmizdə seçici fəallığı ikiqat artıb. Türkiyənin Essendəki baş konsulu Taylan Özgür Aydın seçkilərdə iştirakın rekord həddə çatdığını vurğulayaraq, aşağıdakı ifadələrdən istifadə edib: "Avropada artan marağın olduğunu görürük. Birinci turla müqayisədə Essen Baş Konsulluğunun vəzifə bölgəsi baxımından gündəlik səsvermələrdə iki dəfədən çox iştirak var. Biz seçki qutularının sayını 33-ə çatdırdıq. Bu gün. Vətəndaşlarımızdan böyük maraq gördük. Dövlətimizin icazəsi və töhfəsi ilə qutuların sayını artırdıq. Bunun müqabilində vətəndaşlarımız da öz rəğbətini göstərərək səs verməyə gəldilər”.
Dövlət Baxçalı: “Amerikanın uşaqları Hansın, Almaniyanın uşaqları Toninin, Koninin, Frankın, Henrinindir”
Türkiyə cəmiyyətində ayrı-ayrı partiyalar və ictimai təşkilatlarda R.T.Ərdoğanın namizədliyini müdafiə edirlər. Dövlət Baxçalı qeyd edib ki, qanunvericilikdə uğur əldə olunarsa, icra hakimiyyəti də uğur qazanacaq: “İcrada uğur Prezident Hökumət Sistemini qoruyub saxlamaq və prezident Rəcəb Tayyib Ərdoğanı 13-cü prezident etməkdir. Bu səbəbdən mayın 28-də keçiriləcək seçkilər təkcə Prezidentin seçilməsini deyil, sabitlik, istiqlal və gələcək dediyimiz 3-cü partiyanı da təmin edəcək: “Millət olaraq dəyər anlayışını mənimsəyərək türk millətini yeni əsrə gətirə biləcək uğuru təmin etməkdir. D.Baxçalı bəzi beynəlxalq nəşrləri də tənqid edərək bunları deyib: "Bütün dünyaya səslənirəm və deyirəm ki, Amerikanın uşaqları Hansın, Almaniyanın uşaqları Toninin, Koninin, Frankın, Henrinindir. Birdən sizin alayına müraciət edirəm, nə yazırsan, nə deyirsən deyirsən, Türkiyədə kimlə əməkdaşlıq edirsən olursa-olsun. Anadolunun igidini Rəcəb Tayyib Ərdoğanı əzməyəcəyik. Avropanın bəzi ölkələrində özlərini türk əsilli kimi göstərərək Almaniya və Belçikaya xidmət edən əclaflara millətin bir cavabı olsun. "Bizimlə olan Rəcəb Tayyib Ərdoğan Namizəd olaraq könüllərin duruşunu, çağırışını eşitmək və göstərə bilmək üçün daha çox şey etməmiz lazımdır. Adanada keçmişdən bəri istifadə olunan bir şey var. Bunu öz aralarında danışarkən müəyyən anlayışlarla güclərini, cəsarətlərini göstərmək üçün deyirlər. 1-ci, quruda üzmək. 2-ci, havada üzmək. Üçüncüsü, dənizdə üzmək. İndi Hataydan zəng edirəm. 28 mayda Hatayda üzmək. O zaman hər hataylı yüzilliyi 100 səslə qarşılayacaq və 100-ü tapmağa çalışacaqmı? Bunu bacaracaqsan?".
DEVA Partiyasının sözçüsü İdris Şahin Artı TV-də siyasi gündəmlə bağlı açıqlamalar verib. İdris Şahin bildirib ki, mənim gördüyüm müxalifətin ocağı yanmış kimi bir vəziyyətdir: “Çox aydın deyil, bizdə də olub. Son apardığımız sorğuların heç birində Kamal bəyin ipi çəkməsi ilə bağlı bir nəticə yox idi. CHP-li dostlarımız da bunu bilirlər və Millət Alyansının bütün tərkib hissələrinin qarşısında anketlər var idi. Son bir həftədə, xüsusilə, hava şəraiti səbəbiylə mitinqlər və dəyişmə iradəsi bazara getdiyinizdə çox əks olundu. Bu müsbət ab-havadan təsirlənərək elə bir təsəvvür alındı ki, sanki bu iş birinci turda bitəcək. Bu, son dərəcə yanlış idi. Bu, konkret məlumatlarla ikinci tura gedən seçki idi. Mən CHP-nin Baş Qərargahında idim və saat səkkizə qədər nəticələr az-çox bəlli idi”.
Bir sözlə, aparılan araşdırmalar və təhlillər onu deməyə əsas verir ki, prezident seçkiləri tarixinin ən gərgin seçkisi kimi xarakterizə olunmaqdadır. Cəmiyyətin fəallığı, insanların kütləvi şəkildə seçki ilə bağlı fikirlərini, rəylərini bildirmələri və nəhayət, seçki məntəqələrinə gedərək səsvermədə iştirak etmələri xalqın öz taleyinə biganə qalmadığını göstərir. Namizədlərin və ya partiyaların, təşkilatların, nəhayət, fərdlərin hansı mövqe sərgiləmələrindən asılı olmayaraq bütün hallarda qalib türk xalqı, türk dünyası olacaq.
İ.ƏLİYEV