Siyasət

  • 29 967

Dmitri Verxoturov: “Sülh müqaviləsi imzalanmasa Rusiya Ermənistana silah satmayacaq” - MÜSAHİBƏ

image

“Moskvada sülh razılaşmasının ilkin variantı üzərində razılığa gəlinib, mayın sonunda müqavilə bağlana bilər”

Rusiyalı politoloq, konfliktologiya üzrə beynəlxalq ekspert Dmitri Verxoturov “Caliber” analitik mərkəzinə müsahibəsində Ermənistan-Azərbaycan nizamlanması prosesinin gedişi və Ermənistanın Rusiyadan silah tələbinə Moskvanın yox deməsi haqda fikirlərini bildirib. Ekspertin müsahibəsini oxucularımıza təqdim edirik.

- Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvada keçirilən üçtərəfli görüşünün nəticələrini, xüsusən də, Rusiya xarici işlər naziri Sergey Lavrovun tərəflərin sülh müqaviləsinə dair ümumi baxışa yaxınlaşa bildiyi barədə bəyanatını necə qiymətləndirərdiniz?

- Fikrimcə, müzakirə olunan sənədin adına baxsaq, bu üçtərəfli görüşdə açıq-aşkar nəsə baş verdi və bəlkə də, hətta ciddi irəliləyiş də əldə olundu. Hesab edirəm ki, tərəflər Bakı ilə İrəvan arasında tam hüquqlu sülh müqaviləsinin ilkin variantı üzərində razılığa gəliblər.

- Yəni, Azərbaycan və Ermənistan liderlərinin mayın 25-də eyni yerdə, Moskvada keçirilməsi nəzərdə tutulan görüşündə artıq sülh sənədinin ilkin variantı müzakirə olunacaq?

-Məncə hə. Güman edirəm ki, sülh müqaviləsinin variantı xarici işlər nazirlərinin dünənki üçtərəfli görüşündə artıq nəzərdən keçirilib və görünür, ayın sonunda Azərbaycan, Ermənistan və Rusiya liderlərinin qarşıdan gələn görüşündə də ətraflı nəzərdən keçiriləcək. Ona görə də, təbii ki, tərəflərin sənədə hər hansı etirazı olmasa, qarşıdakı görüşün nəticəsində sülh sazişinin imzalana biləcəyi ehtimalı böyükdür. Sülh müqaviləsinin mümkün qədər tez bağlanması zərurətini nəzərə alsaq, müqaviləni yalnız qısa müddətə təxirə salmaq olar.

- Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün Brüssel və Vaşinqtonun köməyini səmərəli hesab edirsinizmi?

- Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi üçün nəzərdə tutulan Avropa və Amerika platformalarına gəlincə, hesab edirəm ki, Qərb diplomatiyası bu məsələni həll edə bilməz və müvafiq olaraq onun effektivliyi çox aşağıdır.

- KTMT missiyası hansı şərtlərlə şərti olaraq Ermənistan-Azərbaycan sərhədində yerləşdirilə bilər?

- Düşünürəm ki, KTMT missiyası Bakı ilə İrəvan arasında sülh sazişi imzalanandan dərhal sonra Ermənistan-Azərbaycan sərhədi boyu yerləşə bilər.

- Rusiyanın Ermənistana hərbi təchizatının bərpası nə dərəcədə mümkündür?

- Hesab edirəm ki, bütün hərbi məsələlərin, o cümlədən silah-sursatla təminat məsələsinin həlli yalnız Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra mümkündür. Ola bilsin ki, sənədə məsələnin hərbi tərəfini müəyyən edən bəndlər daxil olsun və beləliklə, bütün tərəflərin razılığı əsasında bütün məsələlər həll oluna bilər. İndiki şəraitdə mənə ən məntiqli bu görünür, çünki sülh müqaviləsi imzalanmamışdan əvvəl Ermənistana silah tədarükünün bərpası Azərbaycanı qəzəbləndirə və müvafiq olaraq danışıqlar prosesini poza bilər. Amma düşünürəm ki, Rusiya diplomatiyası belə elementar səhvlərə yol verməyəcək.

- Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşmalara icazə verirsinizmi?

- Bəzi kiçik atışmalar ola bilər, lakin genişmiqyaslı müharibə və sərhədlərin yenidən bölüşdürülməsi ehtimalı azdır. Üstəlik, bu, Rusiya və digər region ölkələri üçün sərfəli deyil.

Tərcümə - Elçin Bayramlı

Digər xəbərlər