Tərtər rayon İcra Hakimiyyətinin, YAP Tərtər rayon təşkilatının nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, veteranlar, kənd sakinləri şəhidin məzarını ziyarət edib, məzarı üzərinə gül-çiçək dəstələri düzülərək şəhidlərin ruhuna dualar oxuyublar. Qeyd edək ki, Qənbərli Qənbər Bəhruz oğlu 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Azərbaycan Ordusunun baş leytenantı Qənbər Qənbərli Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən 44 günlük Vətən müharibəsində Murovdağ istiqamətindəki döyüşlərdə sentyabrın 27-də şəhid olub. Uzun müddət nəşi tapılmayıb. 2021-ci il mayın 22-də nəşi tapılaraq Tərtər rayonunun Kəngərli kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Rəşadət” ordeni, "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah şəhidlərimizə rəhmət eləsin!