23.05.2023-cü il tarixdə YAP Gədəbəy rayon təşkilatı 2023-cü ilin "Heydər Əliyev ili" elan olunması ilə əlaqədar olaraq Zəhmətkənd kənd ƏPT-də dəyirmi masa keçirilib. İlk olaraq çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədr müavini Mehdiyev Zaur Ulu öndər Heydər Əliyevin Azərbaycan tarixində misilsiz xidmətlərindən danışdı. Mövzu ətrafında digər natiqlər -Zəhmətkənd kənd ƏPT sədri Fəzail Kərimov, Zahid Əhmədov, Leyla Vəliyeva və s. çıxış etdilər.
Sonra "2023-cü il Heydər Əliyev ili" elan olunması ilə əlaqədar olaraq silsilə tədbirlərin davamı kimi Gədəbəy rayon Xarxar, Zəhmətkənd və Slavyanka kənd 1 saylı, 2 saylı tam orta məktəblərin IX-XI sinif şagirdləri arasında "Heydər Əliyev və müasir Azərbaycan" mövzusunda inşa yazı müsabiqəsi keçirildi.