PDF Oxu

Siyasət

  • 2 775

“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir “ FOTOLAR

“Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir “ FOTOLAR

YAP Tərtər rayon təşkilatı “Dövlət Aqrar İnkişaf Mərkəzi” ərazi partiya təşkilatında 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində “Heydər Əliyev müstəqil Azərbaycan dövlətinin banisidir “ mövzusunda tədbir keçirilmişdir. 23 may 2023-cü il tarixdə keçirilən tədbirdə YAP Tərtər rayon təşkilatının əməkdaşları Əli Paşayev və Gündüz Alıkişiyev, “Dövlət Aqrar İnkişaf Mərkəzi” ərazi partiya təşkilatının sədri Mehman Babayev və ərazi üzrə partiya təşkilatının üzvləri iştirak edib.

Tədbirin əvvəlində Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Dövlət Aqrar İnkişaf Mərkəzi” ərazi partiya təşkilatının sədri Mehman Babayev bildirmişdir ki, fəaliyyətinin hər dövründə zamanı əməlləri ilə zənginləşdirən Ulu Öndər Heydər Əliyevin ən əsas, müqəddəs istəyi xalqın birliyinə söykənən güclü, möhtəşəm, qüdrətli müasir dövlətin yaradılması olmuşdur. Ümummilli Lider Heydər Əliyev milli dövlətçilik ideyalarını hər şeydən üstün tutmuşdur. Ulu Öndər Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Ümummilli Liderimizin siyasəti Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və inamla davam etdirilir, güclü və nüfuzlu Azərbaycan yeni zirvələr fəth edir. Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Sonra YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev Ümummilli Lider Heydər Əliyevin ölkəmizin inkişafı və tərəqqisinə yönələn fəaliyyətindən, siyasi irsindən danışdı və Prezident, Ali Baş Komandan İlham Əliyevin bu gün həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verdi. Ərazi partiya təşkilatının fəallarından - Alim Binnətov, Vüsal Paşayev və Arif Behbudov çıxış edərək Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin ayrı-ayrı dövrlərindən bəhs etdilər. Qeyd etdilər ki, Ulu öndər Heydər Əliyev Vətən, torpaq, xalq sevgisindən ilham alaraq, hakimiyyətinin hər iki dövründə Azərbaycanın gələcəyi üçün biri-birindən əhəmiyyətli addımlar atdı. Dahi şəxsiyyətin ideyaları dünənimizin, bu günümüzün və gələcəyimizin əsası kimi dəyərləndirilir, daim Azərbaycanı inkişafa, tərəqqiyə aparır. Ölkəmiz dünyada layiq olduğu səviyyəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib. Bu yüksəliş ulu öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezident İlham Əliyevin əzmkar və yorulmaz fəaliyyəti ilə daha da inkişaf etməkdədir.

Digər xəbərlər