Siyasət

  • 2 551

Azərbaycan-Litva əlaqələri daha da genişlənir ŞƏRH

image

Azərbaycan Respublikasında iqtisadiyyatın elə bir sahəsi yoxdur ki, dinamik inkişafda olmasın. Ümummilli liderimiz Heydər Əliyevin ideyaları əsasında müəyyənləşdirilmiş və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən inamla həyata keçirilən sosial-iqtisadi kurs əvvəlki illərə xas olan ardıcıllıqla ölkə iqtisadiyyatının artımını təmin etməklə xalqın maddi rifahının durmadan yaxşılaşmasını şərtləndirmişdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Litva Respublikası ilə əməkdaşlığa xüsusi önəm vermişdir.

Azərbaycan Litva Respublikası ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Litva respublikası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. Bu günlərdə Prezident İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri çərçivəsində keçirilən maraqlı görüşlər əməkdaşlıq formatının genişlənəcəyini göstərir. Azərbaycanın və Litvanın dövlət başçıları İlham Əliyevin və Gitanas Nausedanın iştirakı ilə keçirilən biznes forumunda iki ölkə arasında əməkdaşlığın gələcək istiqamətləri ilə bağlı önəmli açıqlamalar da deyilənləri təsdiqləyir. Prezident Gitanas Nausedanın bildirdiyi kimi, ikitərəfli və sağlam etibarlı münasibətlər əsasında inkişaf edən Azərbaycanla Litva arasındakı dostluq qitə dövlətlərinin birliyi üçün də mühüm vasitədir.

Azərbaycanla Litva arasında müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bir sıra sahələr üzrə imzalanan sənədlər mühüm hüquqi baza rolunu oynayır. İki ölkə arasında iqtisadi əməkdaşlıq üçün istifadə olunmamış geniş imkanlar var ki, bundan da gələcəkdə maksimum səviyyədə istifadə olunması qarşıya prioritet vəzifə olaraq qoyulyb. Bütün bunların nəticəsində Azərbaycanın dünya iqtisadiyyatında oynadığı rolu daha da artacaq. Azərbaycan-Litva münasibətləri yeni mərhələyə qədəm qoyur. Sözsüz ki, hər iki ölkənin imkanları qarşılıqlı maraq yaradır, əməkdaşlğı üçün ciddi potensial deməkdir və bu potensial dövlətlər arasındakı münasibətləri daha sıx, eyni zamanda uzunmüddətli mərhələyə daşıyacaq.

Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan tərəfdaşları ilə birgə iştirak edir. Azərbaycanın enerji sektorunda qazandığı uğurların xronologiyasına diqqət yetirsək gündəmə gətirdiyi hər bir layihəni uğurlu sonluqla başa çatdırdığını və Avropanın eneji təhlükəsizliyinə davamlı töhfələr verdiyini görərik. Əməkdaşlığın coğrafiyasının genişlənməsi Azərbaycanın etibarlı tərəfdaş kimi artan mövqeyinin, rolunun təqdimatıdır. Azərbaycanın şaxələndirilmə məsələsinə ilk yol açan bir ölkə olduğunu bildirən Avropa İttifaqının təmçilçiləri bildirirdilər ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirməklə Avropanın enerji təhlükəsizliyinin təminatına töhfələr verir. Məqsədyönlü şəkildə apardığı daxili və xarici siyasət Möhtərəm Prezidentimiz İlham Əliyevin dünya siyasətçiləri arasında birincilər sırasında olduğunu bir daha göstərir.

Eldar Əsədov

YAP Tərtər rayon təşkilatının sədri

Digər xəbərlər