PDF Oxu

Siyasət

  • 3 108

Xızıda mini futbol üzrə rayon turniri keçirilib FOTOLAR

Xızıda mini futbol üzrə rayon turniri keçirilib FOTOLAR

Xızı rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Xızı rayon təşkilatı, Xızı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş mini futbol üzrə rayon turniri təşkil olunmuşdur. İdarə, təşkilat və müsəssisələr arasında təşkil olunan turnirin açılış mərasimi mayın 24-də Xızı şəhərində keçirilib. Mərasimdə Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, Yeni Azərbaycan Partiyası Xızı rayon Təşkilatının sədri Ayaz Quliyev , Xızı rayon Polis İdarəsinin rəisi Faiq Hüseynov , Xızı rayon Gənclər və İdman İdarəsinin sədri Kamran Quliyev , hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, YAP fəalları və ictimaiyyət nümayəndələri iştirak etdilər.Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunundu. sonraAzərbaycan Respublikasının Dövlət himni səsləndirildi.Turniri giriş sözü ilə açan Xızı Rayon Gənclər və İdman İdarəsinin sədri Kamran Quliyev yarışın mahiyyət və məqsədləri barədə ətraflı məlumat verdi.Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov açılış mərasimində çıxış edərək əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra edilən gənclər siyasətindən , gəncliyə və idmana göstərilən xüsusi diqqət və qayğıdan bəhs etdi, yarış iştirakçılarına uğurlar arzuladı.Qeyd edək ki, turnirdə idarə, təşkilat və müəssisələrdən ibarət 10 komanda 2 qrupda mübarizə aparacaq.

Digər xəbərlər