Siyasət

  • 1 253

Sergey Şoyqu Minskə gəlib XƏBƏR

image

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə nazirlikləri rəhbərlərinin iclasının keçiriləcəyi Minskə gəlib. Bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunur ki, Minsk görüşü zamanı kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə təhdidlər və çağırışlar, həmçinin KTMT-nin böhrana cavab sisteminin təkmilləşdirilməsi məsələləri və təşkilatın bütün üzvlərini maraqlandıran digər mövzular müzakirə olunacaq.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, iclasda təşkilata üzv ölkələrin bütün müdafiə idarələrinin rəhbərləri ilə yanaşı, KTMT-nin baş katibi və Birləşmiş Qərargah rəisinin də iştirakı nəzərdə tutulub. Bundan əvvəl KTMT-nin baş katibi İmanqali Tasmaqambetov bildirmişdi ki, Şərqi Avropanın təhlükəsizliyi Rusiyanın Ukraynadakı xüsusi əməliyyatının nəticələrindən asılıdır.

İlham

Digər xəbərlər