PDF Oxu

Siyasət

  • 1 921

Azərbaycan iqtisadiyyatı sabitdir və ölkəmizdə münbit investisiya şəraiti var ŞƏRH

Azərbaycan iqtisadiyyatı sabitdir və ölkəmizdə münbit investisiya şəraiti var ŞƏRH

Azərbaycanla Litva arasında qarşılıqlı səfərlər, dövlət başçıları səviyyəsində keçirilən rəsmi və işgüzar görüşlər münasibətlərin dərinləşməsi baxımından böyük əhəmiyyət daşıyır. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. 2007-ci ilin aprelində Litvanın Azərbaycanda, həmin ilin sentyabrında isə ölkəmizin Litvada səfirliyi açılıb.Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 41 sənəd imzalanıb. Həmin sənədlər içərisində 2007-ci il sentyabrın 13-də Vilnüsdə imzalanmış “Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə” xüsusi yer tutur.

Azərbaycan, eyni zamanda, Litva üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində çox önəmli ölkə, həmçinin bütün İttifaq üçün strateji enerji tərəfdaşıdır.

Qeyd edək ki, mayın 22-də keçirilən görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Litva Respublikasının Prezidenti Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev bəyanatında bildirmişdir: “Biz bu gün, eyni zamanda, Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqamətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.

Azərbaycan və Litva enerji və nəqliyyat dəhlizlərinn diversifikasiyası, daha təhlükəsiz və etibarlı alternativlərin yaradılması, bərpa olunan enerji sektorunun inkişafı ilə bağlı ortaq baxış bucağına malikdirlər. Hər iki ölkənin yerləşdiyi coğrafi mövqe Cənubi Qafqaz və Baltikyanı bölgəsində, bütövlükdə isə Avrasiyada iqtisadi əlaqələrin intensivləşdirilməsi üçün əlverişli zəmin yaradır. Litva "Orta dəhliz” və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinə böyük önəm verir və hər iki dəhliz arasında sinerjinin yaradılması üçün səylər göstərir. Rəsmi Vilnüsün hədəflərindən biri Trans-Xəzər beynəlxalq nəqliyyat dəhlizini Baltik dənizinə qədər inkişaf etdirməkdən, Xəzər, Qara dəniz və Baltik dənizləri arasında dəmir yolu infrastrukturunu inkişaf etdirməklə yeni marşrutun yaradılmasını təmin etməkdən ibarətdir. Məhz bu aspektdən, Azərbaycan və Litvanın nəqliyyat dəhlizlərinin şaxələndirilməsi ilə bağlı strategiyalarının bir-birinə yaxın olduğunu söyləmək mümkündür və rəsmi Vilnusun nəqliyyat dəhlizləri ilə bağlı öz təcrübəsini Bakı ilə bölüşməyə hazır olduğunu bəyan etməsi, ölkələrimizin bu istiqamətdə də əməkdaşlığının inkişafı üçün geniş perspektivlərin olduğunu söyləməyə əsas verir.

Elmin Məmmədov

YAP Ağdam rayon təşkilatının məsul əməkdaşı

Digər xəbərlər