Siyasət

  • 4 577

“Azərbaycan erməni silahlılarını ərazisindən təmizləməsinə başlamalıdır” MÜNASİBƏT

image

“İlk dəfə deyil ki, Xankəndi ətrafında erməni terrorçuları rus kontingentin gözü qarşısında hərbi təlimlər keçir. Yəni əvvəllər də belə hallarla rastlaşmışıq və indi də rastlaşırıq”. Bunu hərbi ekspert Ədalət Verdiyev "Səs" qəzetinə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu kimi halların qarşısının alınması artıq ciddi bir zərurətə çevrilib: “Qarabağa daxil olduqları gündən indiyə qədər rus kontingent burada erməni silahlı birləşmələrin və erməni terrorçularının mövcudluğuna zəmanət verən tək qüvvə olaraq indi də qalmaqdadır. Başqa sözlə desək, rus kontingent ərazisində olmasaydı, orada indi erməni silahlı da yox idi və yaxud da rus kontingent oradan çıxarıldığı gün erməni silahlıları da silahı yerə qoyub Azərbaycana təslim olacaqlar. Görünən odur ki, nə erməni silahlılarını ruslar oradan təmizləmək istəmir, nə də Ermənistan hakimiyyəti həmin özünə aid olan qüvvələri həmin ərazidən çıxarmaq niyyətində deyil. Ermənistanın siyasi liderləri Qarabağ Azərbaycandır və bizim ərazilərimizin 86,6 min kvadrat kilometr olduğunu desə də, hələ də özünə aid silahlıları Qarabağda saxlamaqla bu bəyanatlarının qeyri-səmimi olduğunu da ortaya qoyur. Belə olan halda Azərbaycan tərəfi rus kontingentinə erməni silahlılarını ərazisindən çıxarmaq üçün çox da uzun olmayan bir neçə həftəlik zaman verməlidir və bu zaman çərçivəsində rus kontingent bizə təqdim etdiyi qrafik əsasında ərazilərimizi erməni silahlılarından təmizləməlidir. Əgər bu hal baş verməyəcək, o zaman Azərbaycan öz imkan və potensialı hesabına erməni silahlılarının ərazisindən təmizləməsinə başlamalıdır. Sərhəd keçid məntəqəmizi Laçın ərazisində yerləşdirildikdən sonra sərhədlərimiz tam bərpa olunandan sonra belə bir fəaliyyətlərin həyata keçirilməsi gözlənilən idi və bu, ən yaxın mümkün zamanda həyata keçiriləçək. Buna kimsənin şübhəsi olmamalıdır”.

GÜLYANƏ

Digər xəbərlər