Kifayət qədər yaşları və başları olan müxalifətin dağıdıcı qanadının mənsubları hər fürsətdə ölkəmizin milli və dövlətçilik maraqlarına ziyan vurmağa cəhdlər göstərir. Nədi-nədi qarşılığında hansısa məkrli dairələrdən maliyyə yardımları alırlar. AXCP sədri Əli Kərimli vaxtaşırı Sevinc Osmanqızının TV-sinə çıxaraq Qarabağda antiterror əməliyyatlarının aparılmasına etiraz açıqlaması verir, tarixi ədalətsizliyin bərpa olunmasına qarşı çıxır. AXCP-nin funksionerlərindən olmuş Fəhmin Hacıyev xaricdə oturub, ordumuzun gözdən salınması üçün yaramaz vasitə və üsullardan istifadə edir. O gün isə Müsavatın keçmiş başqanı İsa Qəmbərin oğlu İlkin Qəmbər erməni diasporuna yarınmaq üçün bir daha “erməni soyqırımı”nın baş verməməsini arzu etdiyini bildirdi. ACP-nin lideri Rəsul Quliyev isə Azərbaycan xalqının mənliyinə və qüruruna toxuna cəfəng ifadələr səsləndirib.
Qorxağın yekəsi elə Rəsul Quliyevin özüdür ki, var...
Bu məxluq Azərbaycan xalqını qorxaqlıqda, düşmənə qarşı mübarizədə zəiflik göstərməkdə qınayıb. Bir sıra bəzi ağılsız ifadələr də səsləndirib. Aydın məsələdir ki, bu məxluq millətimizə qarşı sərsəm ifadələr səsləndirərkən özündə olmayıb. Yəni sərsəm ifadələrdən ibarət olan açıqlamanı verərkən ya içkili olub, ya da psixoloji xəstəliyi daha qabarıq şəkildə özünü göstərib. Məlum faktdır ki, R.Quliyev başından ağır travma alıb, müalicə alsa da tam sağalmayıb. Hələ də ara-sıra psixoloji gərginlikdə olur və anormal hərəkətlərə yol verir, açıqlamalar verir, bəyanatlar səsləndirir. Hətta bir məqamda ABŞ-a yarınmaqdan imtina edərək Rusiyaya sığınmağa cəhd etmişdir. Bu məqsədlə Rusiyanın xarici işlər naziri Sergey Lavrova yalvarış dolu məktub da ünvanlamışdır. R.Quliyev məktubunda S.Lavrovdan Rusiya hakimiyyətinin onu himayəsinə götürməsini xahiş edib: “1993-1996-ci illərdə mən parlament sədri ikən Rusiya rəhbərliyi ilə görüşmüşəm və Federasiya Şurasının deputatları qarşısında çıxış etmişəm. 2003-cü ildə Moskvada olarkən bir sıra yüksək rütbəli şəxslərlə görüşlər keçirmişəm. Mən sizinlə görüşmək arzusundayam. Bu məsələləri sizinlə görüş zamanı müzakirə etməyə şad olardım”.
Rəsul Quliyev Rusiyanın ABŞ-dakı səfirindən nələri xahiş edib?
Məlumata görə, R.Quliyev məktubu yazdıqdan bir qədər sonra onu Rusiyanın ABŞ-dakı səfirliyinə dəvət ediblər. R.Quliyev Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla 1 saat 45 dəqiqə söhbət edib, ona öz müraciətini və xahişlərini çatdırıb. Sonradan görüş və müzakirə edilən məsələlər barədə “Amerikanın səsi” və “Azadlıq” radiosu geniş və ətraflı məlumat yaymışdır. Bütün bu olaylar onu göstərir ki, R.Quliyev ABŞ-ın ondan bir alət kimi istifadə etsə də, istək və arzularının qisməndə olsa həyata keçməsinə yardımçı olmadığını anladığından, yönünü və mövqeyini Rusiyaya çevirməyə çalışır. Yəni, bu dəfə Rusiyanın maşası rolunda çıxış etməyi arzu edir. Lakin inandırıcı deyil ki, dəfələrlə istifadə olunaraq lazımsız əşya kimi zibilliyə atılan R.Quliyevə Rusiya sahib çıxsın. Digər tərəfdən, Rusiyanın qaranlıq dairələri R.Quliyevin elə bir imkanı və gücü olmadığını anladığından onu agentləri sırasına qataraq əlavə pul xərcləməz.
Rəsul Quliyev Aəzrbaycana deportasiya oluna bilər
Ancaq R.Quliyevin istəyindən əl çəkmədiyi müşahidə olunur. O mənada ki, R. Quliyev yenidən kömək üçün Rusiyanın xarici işlər naziri S.Lavrova xahişlə müraciət edib. Proqnozlaşdırmaq olar ki, əgər R.Quliyev davamlı şəkildə Rusiyaya yarınmaq üçün məktublar yazmaqda davam edərsə, o zaman ABŞ onu ölkədən çıxaracaq. Onsuz da R.Quliyev səhvlər buraxdığı üçün ABŞ-ın müəyyən dairələrində özünə qəzəb və nifrət hissi oyadıb. Lavrova davamlı məktubların yazılması isə nəhayətdə ABŞ-ı qəzəbləndirəcək və o, ölkədən deportasiya olunacaq. Təbii ki, bu halda onu həbsxana gözləyir. Çünki R.Quliyev haqqında Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən cinayət işi qaldırılıb. Azərbaycana deportasiyası isə onun aeroportdan yolunun həbsxanaya düşəcəyini deməyə əsas verir. Qaragüruh dəstə R.Quliyevi müdafiə xarakterli tədbirlər də keçirməyəcək. Çünki eks-spiker küçə düşüncəli məxluqatlar, eləcə də müxaliflər arasında, o cümlədən Əli Kərimli, Cəmil Həsənli, Arif Hacılı və digərləri tərəfindən qəbul edilmir. Müxtəlif vaxtlarda müxalifət partiyalarını və onların sədrlərini açıq şəkildə tənqid və təhqir etməsi R.Quliyevlə əqidə “dostları” arasında bütün körpüləri yandırıb. Yəni, özü-özünü iflasa məhkum edib. Hazırda R.Quliyev quleybanı kimi tənhadır, hər mənada. Bu baxımdan, onu fəlakətli sonluq gözləyir.
İ.ƏLİYEV