PDF Oxu

Siyasət

  • 3 230

Azərbaycan - Litva münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır ŞƏRH

Azərbaycan - Litva münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır ŞƏRH

Azərbaycan müstəqillik əldə etdikdən sonra bir sıra ölkələrlə, o cümlədən, Litva Respublikası ilə əməkdaşlığa xüsusi önəm vermişdir. Azərbaycan Litva Respublikası ilə birlikdə uzun müddət keçmiş SSRİ-nin tərkibində olub. Bu isə ölkəmiz arasında dərin və hərtərəfli əməkdaşlığın yeni dövrün tələblərinə uyğun şəkildə qurulmasında yardımçı rol oynayıb. Digər tərəfdən Litva respublikası ilə əməkdaşlıq Azərbaycanın Avropaya inteqrasiyası prosesinə dəstək verib. Ölkəmizin müstəqilliyini ilk tanıyan dövlətlərdən biri də Litva Respublikası olmuş və Azərbaycan-Litva ikitərəfli münasibətlərinin qurulmasında maraqlı olmuşdur. Ölkələrimiz arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır.Bundan sonra da əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaqdır. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək.

Mehman Ramazanov

YAP Oğuz rayon təşkilatının sədr müavini

Digər xəbərlər