PDF Oxu

Siyasət

  • 2 486

Azərbaycan-Litva əlaqələri yeni mərhələyə qədəm qoyur ŞƏRH

Azərbaycan-Litva əlaqələri yeni mərhələyə qədəm qoyur ŞƏRH

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin beynəlxalq əlaqələr coğrafiyasının tənzimlənməsi baxımından mühüm əhəmiyyətə malikdir. Səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirilib, ölkələrimiz arasında gənclər, idman, ekologiya və prokurorluq sahələri üzrə bir sıra mühüm sənədlər imzalanıb. Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı ilə ölkələrimiz arasında “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş”, “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı” imzalanmışdır. Azərbaycan və Litva arasında iqtisadi, ticarət və siyasi sahədə olan əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Hər iki tərəfdən buna çox böyük maraq var.

Hələ keçən ilin may ayında Litva Prezidenti Gitanas Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində də Bakıda Litva-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görüşlər keçirilmişdi, müvafiq sənədlər imzalanmışdı. Litva ilə ikitərəfli əməkdaşlıq, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. O da xüsusi olaraq qeyd edilməlidir ki, Litva ilə Azərbaycanın tarixi əlaqələri var. Həmçinin Litva Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələr sırasındadır.
Avropada yaranan enerji təhlükəsizliyi fonunda yaşıl və ya bərpaolunan enerji sektoruna maraq daha da artıb. Azərbaycanın yaşıl enerjinin əldə olunması və bu sahədə infrastrukturun qurulmasında böyük imkanları var. Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində vacib ölkə olan Azərbaycan neft, təbii qaz və elektrik enerjisi ixracatı ilə yanaşı, yaşıl hidrogen də ixrac etməyi planlaşdırır. Bütün bunlar Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının strateji çərçivəsinin bir hissəsidir. Əlbəttə, bu münasibətlərin yaranmasında Litvanın da böyük rolu var.
İkitərəfli münasibətlər qarşılıqlı maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və reallaşan səfərlər, keçirilən yüksək səviyyəli görüşlər, imzalanan sənədlərlə yüksələn xətlə daha da inkişaf edir. Ümumiyyətlə, səfərin proqramının kifayət qədər geniş olması onun əlaqələrimizin daha da genişlənməsinə mühüm təkan verəcəyini deməyə ciddi əsas verir. Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda qeyd etdiyi kimi, “Azərbaycan və Litva arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Aramızda çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir.

Könül İbrahimova

YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Fiziologiya İnstitutu üzrə

ərazi partiya təşkilatının sədri

Digər xəbərlər