Coğrafi baxımdan Qərblə Şərqin qovuşduğu zonada, neft və qaz ehtiyatları ilə zəngin, aparıcı dünya dövlətlərinin maraqlarının kəsişdiyi regionda yerləşən Azərbaycan üçün düzgün xarici siyasət seçimi, ölkənin müstəqilliyinin qorunub saxlanılması və möhkəmləndirilməsi əsas amillərdən biri olaraq qalır. Azərbaycan çox mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli regionda yerləşir. Bu səbəbdən də, respublikamız xarici siyasət kursunu müəyyənləşdirərkən, bir tərəfdən öz milli maraqlarını qorumaq və regionda lider dövlət statusunu saxlamaq, digər tərəfdən isə, maraqlı olan dövlətlərlə və qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərini saxlamaq meyarları ilə çıxış edir. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, habelə dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərə qarışmamaq prinsipləri əsasında qurur.
Azərbaycanın xarici siyasət strategiyasının mühüm istiqamətlərindən biri də Avropa dövlətləri ilə əlaqələrdir. 1993-cü ildən Azərbaycan Avropa İttifaqı ilə əlaqələrdə maraqlı olduğunu bəyan edib və bu təşkilatla müxtəlif sahələrdə əlaqələr qurmağa başlayıb. Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıran mühüm sənəd 1996-cı il aprelin 22-də imzalanmış “Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş” olmuşdur. Ümummilli Lider Heydər Əliyev, 1999-cu ildə qüvvəyə minmiş və münasibətlərin hüquqi-normativ əsasını təşkil edən müqaviləni “Azərbaycan dövləti üçün böyük əhəmiyyət kəsb edən tarixi hadisə” kimi qiymətləndirmişdir. Bu müqavilə cəmiyyətin müxtəlif sahələrində - siyasi, iqtisadi, mədəni, sosial və digər əlaqələrin inkişafına yönəlmişdi. 2017-ci ilin fevralında Aİ və Azərbaycan siyasi dialoqa, ticarətə və qarşılıqlı faydalı əməkdaşlığa təkan verməli olan yeni çərçivə sazişi üzrə danışıqlara başlamışdır.
Azərbaycan Aİ üçün strateji enerji tərəfdaşıdır və Aİ bazarında Xəzər hövzəsinin enerji resursları ilə təmin edilməsində əsas rol oynayır. 2018-ci ildə Aİ və Azərbaycan Şərq Tərəfdaşlığının dörd prioritet sahəsi ilə yanaşı, siyasi dialoqumuzu və əməkdaşlığımızı istiqamətləndirən birgə Tərəfdaşlıq Prioritetlərini qəbul ediblər. Bu baxımdan, Azərbaycan ilə 2004-cü il mayın 1-dən Avropa İttifaqının rəsmi üzvü olan Litva arasında əməkdaşlıq bir çox sahələrdə, o cümlədən siyasi, ticarət-iqtisadi, turizm, mədəni və təhsil aspektləri üzrə dinamik şəkildə inkişaf edir.
Hazırda Azərbaycan ilə Litva arasında bir çox sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin inkişafına böyük əhəmiyyət verilir. Azərbaycan və Litva prezidentləri arasında davam edən siyasi dialoq və görüşlər ölkələr arasında əməkdaşlığın yüksək səviyyəsini nümayiş etdirir, əlaqələrin, o cümlədən ticarət-iqtisadi əlaqələrin genişlənməsinə daha da böyük təkan verir. Azərbaycan-Litva əlaqələrinin inkişafına daha bir müsbət təkan, cari ilin mayın 21-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litva Respublikasına rəsmi səfəri olmuşdur. Səfər çərçivəsində Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Litva Respublikasının Prezidenti cənab Gitanas Nauseda ilə məhdud və geniş tərkibdə görüşü keçirilib. Görüşdə ikitərəfli məsələlər müzakirə olundu, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsinin, ticarət dövriyyəsinin daha da artırılmasının vacibliyi vurğulanaraq, bir çox əhəmiyyətli mövzular müzakirə edildi. Mayın 22-də Azərbaycan və Litva arasında ətraf mühit, gənclər və hüquq-mühafizə sahələrində əməkdaşlıq haqqında sazişlər sənədlərinin imzalanması mərasimindən sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Litva Respublikasının Prezidenti cənab Gitanas Nauseda mətbuata bəyanatlarla çıxış ediblər.
Cənab Prezident İlham Əliyev öz çıxışında ölkələrimiz arasında aparılan çox fəal siyasi dialoq əsasında strateji tərəfdaşlığı təsdiqləyən müzkirələr, siyasi müstəvidə əldə edilmiş razılaşmaların digər sahələrə də öz müsbət təsirini göstərərək, gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi, işlərin sürətlə gedəciyi barədə ümidvarlığını bildirdi.
Regional məsələlərlə toxunaraq, dövlətimizin Başçısı Azərbaycan-Ermənistan sülh danışıqlarının aparılması nəticə etibarilə, Qafqaza uzunmüddətli sülh gətirəcəyinə ümid bəsləyərək, sülh anlaşmasının imzalanması qaçılmazdığını, bizim bu məqsədə çatmaq üçün konstruktiv səylərin göstərəcəyimizi bildirdi və bu sülh anlaşmasının beynəlxalq norma və prinsiplərini əhatə etməli olduğunu qeyd etdi. Cənab İlham Əliyev çıxışı zamanı bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynadığını və Litvaya bu əlaqələrin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirdi. Həm Litvada, həm Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılmasına çox böyük diqqət göstərilirdiyini nəzərə alaraq, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlığın mümkünlüyünü vurğulayan cənab Prezident, əlavə olaraq ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq, Xəzər dənizini, Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları əsasında, birləşmə layihələrini həyata keçirərək, bu sahədə də uğurlu əməkdaşlığa nail olacağığını qeyd etdi. Dövlətimizin Başçısı bəyanatında, müzakirə olunan məsələlərin önəmini vurğulayaraq, Azərbaycan və Litvanın strateji tərəfdaşlar kimi uğurla bir-biri ilə əməkdaşlıq etmələrini qeyd etdi, bu səfərin əməkdaşlığımıza növbəti güclü təkan veriləcəyi haqda əminliyini bildirdi.
Ümumilikdə Azərbaycanın xarici siyasətinin prioritet məqsəd və vəzifələri dəyişməz olaraq qalır. Оnlar ölkənin beynəlxalq birlik çərçivəsində hərtərəfli inkişafına yönəlib və bu, bütün dünyada bizə marağı stimullaşdırır. Azərbaycan dövləti xarici tərəfdaşlarla münasibətlərdə güclü tənzimləyici potensiala malik olmuşdur ki, bu da Azərbaycanın dünyada mövqelərinin möhkəmlənməsi üçün ən mühüm amillərdən biridir.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü