PDF Oxu

Siyasət

  • 2 218

“Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir” FOTOLAR

“Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir” FOTOLAR

May ayının 26-da YAP Ağcabədi rayon təşkilatı 28 may Müstəqillik Günü münasibətilə “Müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir” mövzusunda konfrans keçirmişdir.Konfrans iştirakçıları tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq onun əziz xatirəsi ehtiramla yad etdilər.YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov konfransı açıq elan edərək qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə 2023-cü il “Heydər Əliyev ili” elan edilmişdir. Respublikamızın hər yerində olduğu kimi rayonumuzda da ölkəmizin müstəqilliyinin qorunub saxlanmasında müstəsna xidmətləri olmuş, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə çoxsaylı tədbirlər keçirilir. Bugünkü konfrans da həmin silsilə tədbirlərdən biridir.Ümummilli Lider Heydər Əliyevin, Dövlət Müstəqilliyimiz və ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edildi.Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfrans işinə başladı. YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov konfransda məruzə edərək qeyd etdi ki, biz hamımız 28 May Müstəqillik Gününü şanlı tariximizə qızıl hərflərlə həkk olunmuş, hər bir azərbaycanlının qürur mənbəyi olan tarixi bir gün kimi qəbul edirik. 1918-ci il mayın 28-də mürəkkəb siyasi hərbi-şəraitdə əsarət altında yaşayan, tarixi, mədəniyyəti, dili, dini sıxışdırılan Azərbaycan xalqı özünün və Şərqin ilk demokratik, hüquqi, dünyəvi və parlamentli respublikasını yaradıb. Cümhuriyyət çox az müddət mövcud olsa da, Azərbaycan xalqının milli-vətənpərvərlik ruhunun, azadlıq, müstəqillik arzusunun alovlanmasına təkan verdi. Həmin mürəkkəb dövrdə yaranmış dövləti qoruyub saxlamaq təəssüf ki, mümkün olmadı. Lakin xalqın azadlıq duyğusu sönmədi, 70 ildən artıq ürəklərdə qövr elədi. Bundan sonra ilk dəfə olaraq rəsmi qaydada üçrəngli bayrağı Ulu Öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırdı. Bununla da müstəqilliyə gedən yolun əsası qoyuldu. Sovetlər İttifaqının hələ mövcud olduğu bir dövrdə belə cəsarətli addımın atılması Ulu Öndərin xalqına, dövlətinə nə qədər bağlı olduğunu, bu yolda nə qədər cəsarətli, dönməz olduğunu bir daha göstərdi. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin və müstəqilliyimizin xilaskarı oldu.

Konfransda Ağcabədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Məmmədova, Gənclər üçün Təhsil Mərkəzi Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarovaya, İmamqulubəyli ərazi partiya təşkilatının sədri, Vətən Müharibəsi iştirakçısı Xaliq Rəhimov, Avşar ərazi partiya təşkilatının sədri Günay Camalxanova, Yeni Qaradolaq tam orta məktəbinin direktoru İlahə İbişova, Ağcabədi rayon İcra hakimiyyətinin yanında ictimai şuranın katibi Sevinc Quliyeva çıxış edərək Ümummilli Lider Heydər Əliyevin müstəqilliyin qorunmasında əvəzsiz xidmətləri olduğunu, Ulu Öndərin siyasətinin bu gün Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd etdilər.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup YAP fəalı YAP Ağcabədi rayon təşkilatınınn Fəxri Fərmanları ilə təltif edildi, YAP sıralarına daxil olan bir qrup gəncə təntənəli şəkildə YAP vəsiqələri təqdim edildi.

Konfransın sonunda Müstəqillik Günü ilə bağlı hazırlanmış film nümayiş etdirildi.

Digər xəbərlər