PDF Oxu

Siyasət

  • 1 647

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri genişlənir ŞƏRH

Azərbaycanın Avropa ölkələri ilə əlaqələri genişlənir ŞƏRH

Azərbaycanla Avropa ölkələri arasında əlaqələr getdikcə genişlənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa ölkələrinə, Avropa ölkələrinin Prezidentlərinin Azərbaycana mütəmadi səfərləri bunu bir daha sübut edir. Litva və Azərbaycanın dostluq əlaqələri tarixi köklərə malikdir. Azərbaycanın Dövlət Müstəqilliyini tanıyan ilk ölkələr içərisində Litva da var. 1991-ci ilin dekabrın 20-də Litva Azərbaycanın müstəqilliyini rəsmi olaraq tanıdığını bəyan edib.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Litvaya növbəti səfəri bu nöqteyi-nəzərdən xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində cənab Prezidentin mətbuata verdiyi bəyanatda bir çox mühüm məsələlərə toxunulmuşdur. Ölkə başçısı bəyanatında bildirmişdir ki, bizim Litva ilə ikitərəfli əməkdaşlıq çərçivəsində, eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələri də önəmli rol oynayır. “Prezident Nauseda Azərbaycana səfər edərkən iki ay sonra Avropa Komissiyası ilə Azərbaycan arasında Bakıda enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır və bu memorandum uğurla icra edilir. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Biz bu gün, eyni zamanda Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı fikir mübadiləsi apardıq. Biz gördük ki, bu istiqmətdə də demək olar, paralel şəkildə gedirik. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir və hesab edirəm ki, yaxın gələcəkdə bu sahədə də ikitərəfli əməkdaşlıq mümkün olacaq.Təbii ki, ölkələrimizi birləşdirən və ümumiyyətlə, qitələri birləşdirən Avrasiya qitəsində daha da rahat nəqliyyat-kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diqtə edir.”

Ümumiyyətlə, Litva və Azərbaycan arasında həmişə xoş münasibət olmuşdur. İki ölkə arasında həm tarixi, həm də siyasi və iqtisadi inkişaf baxımındam fərqli cəhətlərə malik olduğu kimi, bu dövlətləri yaxınlaşdıran, birləşdirənsəbəblər də var. Sovetlər birliyi mövcud olduğu dövrdə hər iki ölkə eyni imperiyanın tərkibində olmuş, müstəqillik yolunda oxşar mübarizələrdən keçmiş, lakin bu iki postsovet ölkəsinin sonrakı inkişafları fərqli istiqamətlərdə davam edib. Bu gün Litva Avropa İttifaqının və NATO-nun üzvü olaraq Azərbaycan həqiqətlərinin bu qurumlara çatdırılmasında mühüm rol oynayır. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı önəmli rolla yanaşı nəqliyyat sahəsində də əməkdaşlıq, xüsusən də Xəzər dənizi və Baltik dənizi vasitəsilə yükdaşımaların əlaqələndirmə layihələri, Avropa İttifaqı ilə Şərq tərəfdaşlığı proqramı çərçivəsində layihələr, ekoloji təhlükələr haqqında ilkin xəbərdarlıq sisteminin qurulması və tullantıların idarə olunması kimi məsələlər də gələcəkdə Azərbaycan-Litva münasibətlərinin inkişafı baxımından diqqət mərkəzindədir. Litva həm də müasir texnologiyalar baxımından inkişaf etmiş ölkə olduğu üçün ölkəmiz həm texnologiya, həm də alternativ enerji sahəsində işğaldan azad edilmiş ərazilərimizdə qabaqcıl texnologiyaların tədbiqi ilə investisiyalar yatırılmasına maraqlıdır.

Müzakirə edilən məsələlər və əldə edilən razılaşmalar onu deməyə əsas verir ki, səfər yeni uğurlu əməkdaşlığın təminatı baxımından çox faydalı olmuşdur.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər