Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Prezidenti İlham Əliyev bu mövzunu gündəmə gətirdi. “Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”, - deyə Prezident İlham Əliyev çıxışında vurğuladı. Sülh üçün bütün imkanlar olsa da, Ermənistan və onun havadarları prosesi uzatmağa səy göstərir. Ermənistan hərbi-siyasi rəhbərliyinin atdığı addımlar da bunu deməyə əsas verir. Ermənistanın Baş naziri Nikol Paşinyanın hər dəfə fərqli fikir səsləndirməsi də sülhdən qaçmaq üçün hesablanmış bəhanələrdən başqa bir şey deyil. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var. Ermənistan Paşinyanın timsalında Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistanın daxilində isə Paşinyanın mövqeyinə ciddi təpki var. Qarabağdakı separatçılar da bu məsələyə ciddi müqavimət göstərmək istədikləri müşahidə olunur. Paşinyana kənar təhdidlər də var. Əslində, tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıması Prezident İlham Əliyevin də dediyi kimi, sülh üçün əsas ola bilər.Çünki bu məsələdən sonra o qədər ciddi problemlər qalmır. Amma görünən odur ki, elə Rusiyanın timsalında bölgədə tezliklə sülhə nail olunmasını istəməyən qüvvələr var. Həmin güclər Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında maraqlı deyil. Əgər problem həll olunacaqsa, bölgədə Rusiyanın nə hərbi, nə də siyasi mövcudluğuna ehtiyac qalmayacaq. Rusiya özü də bunun fərqindədir.Ona görə də zamanında Rusiyanın dəstəyi Ermənistanda hakimiyyət gələn və uzun müddət iqtidarda qalan qüvvələrin Paşinyana təzyiqi daha çoxdur. Onlar erməni ictimaiyyətini də Paşinyanın əleyhinə çevirməyə çalışırlar. Bundan əvvəlki təcrübə də göstərir ki, Paşinyan razı olduğu mövqedən bir çox hallarda geri çəkilir.Konfransda mövqe də, iclas zamanı Azərbaycan Prezidenti ilə polemikaya girməsi də onu deməyə əsas verir ki, Paşinyan həm erməni ictimaiyyəti qarşısında divident qazanmaq istəyir, həm də istənilən zaman mövqeyindən geri çəkilə bilcəyini göstərmiş oldu.
Rusiya prezidentinin dəvəti ilə qonaq qismində Avrasiya Ali iqtisadi şurasının iclasında iştirak edən cənab prezident qeyd etdi ki, məhz Ermənistan xaric üz ölkələri ilə six əməkdaşlıq əlaqələrinə malikdir. Ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu bütün istiqamətlərdə daşımaları həyata keçirməyə imkan verir. Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatacaq.Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Azərbaycanın gəmiqayırma imkanları bu gün, həmçinin bizim Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır.Bu gün Azərbaycan Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. On beş milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Limanı yaxın vaxtlarda modernləşdiriləcək və yükaşırmaların həcmi 25 milyon tona çatdırılacaq. Azərbaycanın gəmiqayırma imkanları bu gün həmçinin digər Xəzəryanı ölkələrə də təqdim olunub. Bakı gəmiqayırma zavodunda Xəzər üzrə qonşularımızın sifarişlərinin qəbul edilməsi üzrə hazırda danışıqlar və fəal iş aparılır. Bu gün Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir ki, onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda – Füzuli və Zəngilan rayonlarında son iki ildə edilib. Hazırda azad olunmuş Laçında doqquzuncu beynəlxalq aeroport tikilir və 2025-ci ildə istismara veriləcək. Bütün bunların nəticəsidir ki, ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir. Azərbaycan həmçinin strateji əhəmiyyət daşıyan bir çox beynəlxalq logistik layihələrin, o cümlədən “Şimal-Cənub” nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycanın təşəbbüskarı olduğu və beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması isə, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək və eyni zamanda da bu layihə bütün regionun sürətli inkişafına səbəb olacaq. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub və bu, dövlətimizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanına sahib ola bilmək üçün tələb olunan ən mühüm amillərdən biridir.
Nicat İsmayılov
YAP Yasamal rayon “Akim Abbasov küçəsi 73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri