Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət yeridir. Bu siyasət Azərbaycan dövlətçiliyinin sistemli şəkildə möhkəmlənməsinə və inkişafına, milli maraqların qorunmasına yönəlib. Azərbaycan xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət və daxili işlərə qarışmamaq əsasında qurur. Bu gün Azərbaycan beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirir, beynəlxalq aləmdə böyük nüfuza malik ölkədir. Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatların üzvüdür. Bu gün Azərbaycan Respublikası transmilli layihələrin, qlobal təhlükəsizlik məsələlərinin, Avropanın enerji təhlükəsizliyinin icraçısı kimi müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlığın qurulmasına töhfə verən fəal aktor və regional güc kimi tanınır. Ölkə iki dəfə dünyanın ən nüfuzlu qurumu olan BMT Təhlükəsizlik Şurasına sədrlik edib. Hazırda Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilata - Qoşulmama Hərəkatına sədrlik edir. Bu, əlbəttə ki, bu təşkilatlara üzv olan çoxsaylı dövlətlərin Azərbaycana göstərdiyi etimadın gözəl nümunəsidir. Bundan başqa, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eləcə də Şimal və Cənub arasında dəhliz rolu oynaması onun mühüm ölkə kimi nüfuzunu nümayiş etdirir. Təbii ki, hamı bilir ki, Azərbaycanın bu cür nailiyyətləri praqmatik və rasional xarici siyasətin nəticəsidir. Əsası xalqımızın Ümummilli Lideri olan Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin inkişaf konsepsiyası, bu gün dövlətimizin Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə məharətlə icra olunur.
Cari ilin mayın 25-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə, Moskvaya işgüzar səfəri olub və bu səfər çərçivəsində Cənab Prezidentimizin nümayiş etdirdiyi siyasi məharət Azərbaycan diplomatiyasının yeni uğuru kimi adləndırmaq olar. Xüsusi ilə, Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasını qeyd etmək mütləqdir. Cənab İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etdiyini vurğulayan Rusiya Prezidenti cənab Vladimir Putin, dövlətimizin Başçısını ürəkdən salamlayaraq, ona söz verdi. Cənab İlham Əliyev çıxışında Ermənistan istisna olmaqla, Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığın 30 il ərzində uğurla inkişaf etməsini, o cümlədən Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsini, qarşılıqlı ticarətin həcmini, üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payını və əmtəə dövriyyəsinin gələcək artımında böyük potensialın olduğunu qeyd etməklə, ölkəmizin sözügedən ölkər üçün nə qədər ciddi və etibarlı tərəfdaş olduğundan xəbər verir. Dövlətimizin Başçısı siyası nəzakət nümayiş etdirərək, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanların olduğunu da vurğuladı. Əlbəttə ki, bu, ilk növbədə, cənab Prezidentin dünya miqyasında kifayət qədər ciddi, sülhsevər və dünyanın ümumi inkişıfına töhfə verən lider olduğunu bir daha göstərdi. Ölkəmizin nəqliyyat-logistika infrastrukturu haqqında söz açan cənab Prezident, Azərbaycanın bu istiqamətdə geniş imkanlarına toxundu, regionda həyat önəmli layihələri haqqında, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışını təmin etməsini, Azərbaycanın “Şimal-Cənub” nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçı olduğunu, ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürdüyümüzü tədbir iştirakçılarının nəzərinə çatdırdı və bununla da Azərbaycnın geosiyasi nöqteyi-nəzərdən əhəmiyyətini nümayiş etdirdi. Azərbaycan iqtisadiyyatı müstəqilliyin bütün dövrü ərzində dayanıqlılıq və artım nümayiş etdirilməsinə dair göstəricilər, bizim tam iqtisadi müstəqilliyə nail olduğumuzun sübutudur. Son 30 ildə Azərbaycan iqtisadiyyat, enerji, nəqliyyat, mədəniyyət, din, elm, təhsil və təhlükəsizlik sahələrində çox mötəbər beynəlxalq layihələrin əsasında duran aparıcı qüvvəyə çevrilib. Bu gün Böyük İpək Yolunun üzərində yerləşən Azərbaycan Respublikası siyasi, iqtisadi, mədəni, nəqliyyat və digər sahələrdə Şərqlə Qərb, Şimalla Cənub, Avropa ilə Asiya, İslam və Xristian dünyaları arasında beynəlxalq əhəmiyyətli körpüdür. Eyni zamanda, Azərbaycan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Qars, Azəri-Çıraq-Günəşli, TANAP və TAP kimi beynəlxalq layihələrin təşəbbüskarı və mühüm iştirakçısıdır. Bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun, tolerantlığın, multikulturalizmin ünvanıdır. Azərbaycan multikultural və tolerant cəmiyyəti ilə dünya miqyasında nümunəvi ölkədir.
Tədbir çərçivəsində Ermənistanın Baş nazir Nikol Paşinyan diplomatik protokola zidd olan hərəkət edərək və ümumilikdə ənənəvi siyasi səhvlər silsiləsini nümayiş etdirərək, növbədənkənar söz alıb, tədbirin tematikasınandan kənara çıxdı və növbəri dəfə özünü gülünc vəziyyətə saldı. Onun ifadəsində "Son illər Ermənistana qarşı ərazi iddialarının irəli sürülməsinə dair atdığı böhtanı, 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndinin yerinə yetirilməsi istinad edərək, bu Bəyanatda təkcə bir dəhliz haqqında deyildiyini və bu, Laçın "dəhlizi"nin olmasını və bunun Rusiya sülhməramlılarının nəzarəti altında olmalı idi, lakin təəssüf ki, Azərbaycan tərəfindən qanunsuz olaraq bloklandığını dedi, o cümlədən 2020-ci il 9 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndində və 2021-ci il 11 yanvar tarixli üçtərəfli Bəyanatda nəzərdə tutulan nəqliyyat, iqtisadi kommunikasiyaların uyğunluğunu vurğuladı. Amma cavab dərhal yiyəsini tapdı. Rusiyanın Prezidenti cənab Vladimir Putin, yüksək qonaqpərvərlik göstərərək dərhal ədalətli mövqe bildirdi və Paşınyanın cavabını verdi. Vladimir Putinin iradında, cənab Prezidentimizin çıxışında məhz hələ 1991-ci ildə təsdiq olunmuş sazişlərlə uyğun şəkildə müvafiq sərhədlərin tanınması ilə bağlı şəraitin yaradılmasından danışdığı qeyd olundu. Bu şərtlər belə bir qənaət hasil etməyə əsas verir ki, Azərbaycanla Ermənistan arasında müvafiq, o cümlədən nəqliyyat kommunikasiyaları üzrə razılaşmalara nail oluna bilər. Ermənistana qarşı ərazi iddialarımızın olması barədə ittihamlar səsləndiyinə görə, cənab Prezidentimizin Paşinyana layiqli cavab verərək, bizim belə iddialarımız olmadığını vurğuladı və əlavə olaraq siyasi savadı zəif olan Ermənistanın Baş nazirinə sözün əsl mənasında "master klass" keçdi. “Dəhliz” sözü “Şimal-Cənub” dəhlizinə münasibətdə də işlətdiyini bildirən dövlətimizin Başçısı, bu sözün elə həmin dəqiqliklə “Şərq-Qərb” dəhlizinə münasibətdə də istifadə olunduğunu, “Dəhliz” sözünün heç də kiminsə ərazisinə göz dikmək olmadığını səsləndirdi. Belə bir möhtəbər tədbirdə siyasi palemika yaratmağa çalışan Paşinyan nəinki qonağa qarşı, o cümlədən hər bir iştirakçıya qarşı növbəti hörmətsizliyini göstərərək, Ermənistanı beynalxalq arenada növbəti dəfə fiaskoya uğramasını sübut etdi. Beləliklə, Azərbaycan Respublikası dövlətimizin Başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu balanslaşdırılmış və proqmatik xarici siyasət yeritməklə, ölkəmizin dünya miqyasında mövqeyini möhkəmləndirir, eyni zamanda Xəzər-Qafqaz regionunun ən mühüm aktoruna çevirməklə, Azərbaycan xalqının təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici və daxili mühit yaradır.
Masil Dəmirov
YAP Yasamal rayon təşkilatının fəal üzvü