Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edib.Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasına cənab Prezident İlham Əliyevin dəvət olunması, bu təşkilata üzv dövlətlərin Azərbaycanla əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsində maraqlı olmaqları bir daha nəzərə carpdı. Möhtərəm prezident iclasda çıxış edərək bildirdi ki, Azərbaycan artıq 30 ildir ki, Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinin bütün digər üzvləri ilə uğurla əməkdaşlıq edir. Belə ki, təkcə ötən il Azərbaycanın Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar təşkil edib. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın olub. Əlbəttə ki, bu göstəricilər heç də son hədd deyil. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşən və özünün nəqliyyat-logistika infrastrukturunu daim təkmilləşdirən Azərbaycan indi bütün istiqamətlərdə daşımaları həyata keçirmək imkanına malikdir və bu imkanlar getdikcə artır. Postmüharibə dövründə Ermənistan mütəmadi olaraq təxribatlara əl ataraq sülh prosesindən daim qaçmağa çalışır. Baxmayaraq ki, sülh üçün bütün imkanlar mövcuddur. 25 may tarixində Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında Azərbaycan Prezidenti cənab İlham Əliyev bu mövzunu gündəmə gətirdi. “Sülh gündəliyi öz aktuallığını qoruyur. Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında ciddi imkanlar var”, – deyə Prezident cənab İlham Əliyev çıxışında vurğuladı.Azərbaycan və Ermənistan ölkələri arasında sülh danışıqları qısa zamanda ərzində nəticə verməsə, Azərbaycanın alternativ yollara əl atması da qaçılmazdır. Hər halda cənab Prezident İlham Əliyev Ermənistana bu ilin sonuna qədər vaxtlarının qalması ilə bağl ən yüksək səviyyədə xəbərdarlıq edilib. İki ölkənin bir-birinin ərazi bütövlüyünü tanıması Prezident cənab İlham Əliyevin də dediyi kimi, sülh üçün əsas amillərdən ola bilər.
Fərid Mustafayev
YAP Yasamal rayon Elm və Təhsil Nazirliyinin Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini