31 may 2023-cü il tarixdə Samux rayon İcra Hakimiyyətinin dəstəyi, YAP Samux rayon təşkilatının, Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə Samux rayonunun idarə, müəssisə və təşkilat əməkdaşları arasında dama yarışı keçirildi. Yarış YAP Samux rayon təşkilatının foyesində təşkil edilmişdi. Tədbiri giriş sözü ilə açan Samux rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev Ulu Öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərindən ətraflı bəhs etdi. Ümummilli liderin “Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indiki gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır” tezisini xüsusi vurğulyaraq dahi şəxsiyyətin seçdiyi yolun Azərbaycana qazandırdığı uğurları tədbir iştirakçılrının nəzərinə çatdırdı və dama yarışı iştirakçılarına uğurlar arzuladı. Maraqla qarşılanan yarışda I yeri Samux rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası, II yeri Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzinin komandası, III yeri isə Samux rayon Maliyyə şöbəsinin komandası qazandılar. II və III yeri qazanan Samux rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandası və Samux rayon Gigiyena və Epidemiologiya Mərkəzinin komandasına diplomlar təqdim edildi, I yeri qazanan Samux rayon Maliyyə şöbəsinin əməkdaşları isə İyun ayının 15-də keçiriləcək geniş tədbirdə mükafatlandırılacaqlar.