PDF Oxu

Siyasət

  • 2 168

Tərtərdə şahmat üzrə yarış keçirilib FOTOLAR

Tərtərdə şahmat üzrə yarış keçirilib FOTOLAR

Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Respublika Prezidentinin 29 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən Ümummilli Liderin anadan olmasının 100 illiyi və 2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsinə dair Tədbirlər Planına əsasən Tərtər Rayon İcra Hakimiyyəti, YAP Tərtər rayon təşkilatı və Təhsil Sektorunun təşkilatçılığı ilə Uşaq Gənclər İdman Şahmat məktəbinin müxtəlif yaş qruplarından olan şahmat komandaları arasında yarışlara start verilib.Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq onların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbirdə iştirak edən Tərtər RİHB aparatının İctimai- siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Zabil Paşayev, YAP Tərtər rayon təşkilatının məsləhətçisi Əli Paşayev, Uşaq Gənclər İdman Şahmat məktəbinin direktoru Emin Quliyev, rayon Təhsil Sektorunun metodisti Lamiə Məmmədova çıxış edərək şahmatçılara yarışda uğurlar arzulayıblar.May ayının 30-da başlayan yarışlarda məktəbin 55 şahmatçısı iştirak edib və yarış iki gün davam edib.1-ci, 2-ci və 3-cü yerləri tutan komandalara Uşaq Gənclər İdman Şahmat məktəbi tərəfindən fəxri fərmanlar verilib.

Rəfiqə

Digər xəbərlər