PDF Oxu

Siyasət

  • 2 135

Şəhid ailələri daim diqqət mərkəzindədir FOTOLAR

Şəhid ailələri daim diqqət mərkəzindədir FOTOLAR

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Yeni Azərbaycan Partiyası (YAP) Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları Yenigün kəndində Vətən müharibəsi şəhidi Quliyev Rusif Asim oğlunun ailəsini ziyarət ediblər. Şəhidimizin bir qız övladı Təranə Quliyeva bizlərə əmanət qalmışdır. Təranənin anası 2019-cu ildə vəfat edib, atası isə 2020-ci ildə Vətən müharibəsi zamanı şəhid olub. Hər iki valideynini itirən 3 yaşlı Təranə 2020-ci ilin dekabr ayından YAP Ağstafa rayon təşkilatı tərəfindən himayəyə götürülüb. Hər ay rayon təşkilatı tərəfindən şəhidin ailəsinə maddi yardım göstərilir.YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev və təşkilatın əməkdaşları 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhidimizin övladını təbrik edərək ona ən xoş arzularını çatdırıblar. Daha sonra YAP Ağstafa rayon təşkilatı tərəfindən alınan hədiyyələr balaca Təranəyə təqdim olunub.

Görüşdə şəhid ailəsinin qayğı və problemləri dinlənilib. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Digər xəbərlər