PDF Oxu

Siyasət

  • 3 320

Qan qrupları qabiliyyətlərə və şəxsi xüsusiyyətlərə təsir göstərir TƏHLİL

image

Dünyanın əksər xalqlarının özünməxsus tələbləri sırasında bir-birinin qan qrupunun və bürclərə dair məlumatların öyrənilməsi istəyidir. İnsanın qan qrupu və bürcləri onun xasiyyəti, daxili aləmi haqqında geniş və ətraflı informasiya verməyə imkan verir. Hətta cütlüklər ailə qurarkən ilk olaraq bürclərinin və qan qruplarının ailənin sağlam və təhlükəsiz yaşamasına imkan verib-vermədiyini öyrənməyə çalışırlar. Əgər tələblər əks göstərici verərsə, cütlüklər evlənməkdən imtina edirlər. Psixoloqlar insanın temperamentinin qan qrupundan birbaşa asılı olduğunu qeyd edirlər. Onların fikrincə, qan insanın xarakterinə, davranışına və hətta hisslərinə təsir göstərir. Ümumiyyətlə, bununla bağlı araşdırmaları ən çox yapon alimləri aparıblar. Hələ 1931-ci ildə Furukava Takeşi qan qrupu və fərd arasında əlaqə olduğu ehtimalını irəli sürmüşdü.

Qan qrupu şəxsiyyət xüsusiyyətlərimizi müəyyənləşdirir

Aparılan araşdırmalar nəticəsində bəlli olub ki, insan orqanizmdə dörd qan qrupu mövcuddur. Birinci qan qrupunun daşıyıcıları daha çox ambisiyalı, liderliyə can atan və nikbin olurlar. Hətta onlarda eqoistlik keyfiyyətinin varlığı da mümkündür. İkinci qan qrupuna aid olanlar səliqə-sahmanı və qayda-qanunu sevirlər. Onlar tərs və müəmmalı xarakterə malik olurlar. Üçüncü qan qrupunun daşıyıcıları isə yaradıcı təbiətə malikdirlər. Onlar ictimai rəyə əhəmiyyət vermir, öz azadlıq və rahatlıqlarını hər şeydən üstün tutur və bəzən həddən artıq emosionallıq nümayiş etdirirlər. Dördüncü qan qrupu olan insanlar daha çox təşkilatçı və diplomat olurlar, bəzi hallarda ideya uğrunda heç nəyi, hətta canlarını da əsirgəmirlər. Lakin təəssüf ki, qərar qəbul etməkdə çətinlik çəkirlər. Doğum tarixlərinin, yəni bürclərin şəxsiyyət xüsusiyyətlərinə təsir etdiyi güman edilir. Yaponiya, Koreya və Çində isə ənənəvi olaraq qan qruplarının oxşar təsirə malik olduğuna, yəni xarakterə təsir etdiyinə inanılır. Yaponyalı alimləri “Bu ənənəvi inanc doğrudurmu?” O, araşdırma apardı və məlum oldu ki, qan qrupları həqiqətən də bəzi qabiliyyətlərə və şəxsi xüsusiyyətlərə təsir göstərir.

İnsan öz həyatını bürcü əsasında qura bilər

Yapon alimləri qan qruplarını araşdırıb və izah ediblər ki, qan qrupumuz şəxsiyyət xüsusiyyətlərimizi ortaya qoyur. Tədqiqat nəticələri həqiqətən qan qruplarının bəzi qabiliyyətlərinə və şəxsi xüsusiyyətlərinə təsir göstərir. Budur təfərrüatlar. Ən çox yayılmış qan qruplarından biri də A qan qrupudur. A qan qrupunun ən fərqli xüsusiyyəti yaradıcılıq, uyğunlaşma və zəkadır. B qan qrupu olan insanlar isə ehtiraslı, qətiyyətli və empatiya qabiliyyətinə malikdirlər. AB qan qrupuna sahib olmağın güclü xüsusiyyəti rasionallıq və uyğunlaşma qabiliyyətidir. Bürclər də insan həyatının müəyyənləşdirilməsində mühüm rol oynayır. Bürc kəlməsi ərəb dilində “gözəl görünmək, diqqəti cəlb etmək, açıq-aşkar görülmək, baxıldıqda ilk diqqətçəkən şey” mənalarına gəlir. Qədim dövrlərdə qala divarlarının künclərinə tikilən daha yüksək və çıxıntılı qüllələrə də bürc deyilirdi. Həmçinin, səmada görülən ulduz topaları da bu adla adlandırılmışdır. Qurani-Kərimdə “bürclər” mənasına gələn bir surə olmaqla yanaşı, bəzı ayələrdə bürclər haqqında məlumat verilir. “And olsun bürclərlə bəzədilmiş göyə!”. “Səmada bürclər yaradan, orada bir çıraq olan günəşi və nurlu ayı vücuda gətirən Allahın şanı nə ucadır!”. “Biz səmada bürclər yaratdıq və onu baxanlar üçün bəzədik! Onları qovulmuş hər bir şeytandan qoruduq. Ancaq (şeytanlardan) kim (göy əhlinin danışıqlarına) xəlvətcə qulaq assa, onu yandırıb-yaxan alov təqib edər (və üstünə düşüb yandırar)”. Ayətlərdə keçən bürc kəlməsi qaranlıq gecədə insanı valeh edən ulduz topalarının göy üzünü bəzəməsi, İlahi əzəmət və ehtişama işarədir. Kainatda yaradılan hər şeydə əsrarəngiz gözəlliklər var. Bu mənada göy üzündə ulduzların düzülüşündə də bu gözəllik diqqəti cəlb edir. Ayrıca Hicr surəsi 16-cı ayəsinə nəzər saldıqda kahinlik, falçılıq və astrologiya elminin şeytanın aldatması olduğunu görürük. Allah Rəsulu bir hədisində: “Axır zamanda fala (bürclərə) inanıb, qədəri inkar edənlər çıxacaqdır.” Qətadə (rəhiməhullah) demişdir ki: “Allah bu ulduzları üç şey için yaratmışdır: Onları səmanın zinəti, (səmaya yüksəlib xəbər toplayan) şeytanlara atılacaq daşlar elədi; özləri ilə istiqamət təyin edilən əlamətlər qıldı. Kim ulduzlar haqqında başqa izah gətirmək istəyərsə xəta edər və nəsibini itirər, onu maraqlandırmayan və məlumatı olmayan hətta bilməkdə peyğəmbərlər və mələklərin belə aciz qaldıqları bir mövzuda özünü çıxılmaz vəziyyətə salar.” Buna əlavə olaraq başqa bir rəvayətdə isə: “Allaha and olsun. Allah heç kimsənin nə yaşamasını, nə ölməsini, nə də dolanışığını hər hansı bir ulduza bağlamışdır. Bunu söyləyənlər Allah haqqında yalan uydurur və özlərinə bəhanələr uydurub təsəlli tapırlar”.

Müqəddəs kitabımızda necə yaşamağımız hələ 14 əsr əvvəl göstərilib

Hədislərdən oxuduğum bir məlumata görə, Qurani-Kərimdə günlərin sayı 365 dəfə, ay isə 12 dəfə çəkilib. Bu isə onu bir daha təsdiqləyir ki, müqəddəs kitabımızda necə yaşamalı olduğumuz hələ 14 əsr əvvəl açıq və aydın şəkildə göstərilib. Bizə qalır yalnız göstərilənlərə əməl etmək. Bürclər aşağıdakı kimi təqdim edilir. Riayət olunsa müsbət nəticələrə nail olmaq olar.

Qoç: Qoçların ən çox bildiyimiz xüsusiyyəti isə özlərinə olan inamlarıdır. Lakin digər bir çox bürcün əksinə qoçlar heç bir mövzuda ilk addımı atmaqdan qorxmurlar. İlk öpüş və ya müzakirə edilməsi lazım olan bir mövzunu uzatmadan danışmağa başlamaq... Hər hansısa bir mövzuda qoçların açıqsözlü və cəld davranışları qarşısında təəccüblənməyin, bu onların təbiətində var.

Buğa: Buğa bürcü məsuliyyət sahibi və səbrli ola bilər, lakin kiçik bir öpüş və ya qucaqlaşmanın onlar üçün dünyalar qədər önəmli olduğunu bilirdiniz? Buğalar sevgisini və duyğularını toxunaraq bəlli edir və qarşısındakından da eynisini gözləyər. Əgər partnyorunuz buğa bürcüdürsə, sadəcə, əlini tutmaq belə onun kefini yerinə gətirməyinizə kömək edəcəkdir.

Əkizlər: Hər şeyə olan maraqları və daima yeni şeylər öyrənmə çabasında olan əkizlər bürcü sınadığı hər şeydə professional olma bacarığına sahibdir. Asan qavrama qabiliyyətləri yeni şeylər öyrənərkən onlara çox kömək olur. İstəsə aşçı, istəsə fotoqraf, dizayner, mühasib və s. əkizlər bürcü bir gecədə professional olacaqdır!

Xərçəng: Xərçəng bürcləri də sadiq, duyğusal və empatiya bacarıqlarına sahib, olduqca bacarıqlı insanlardır. Bilmədiyimiz şey isə okeanların onların üzərindəki təsiridir... Xərçəng bürcləri üçün okean bir növ müalicə təsirinə malikdir, xüsusilə sıxıntılı zamanlarında suyun yaxınlarında olmaqları onlara lazım olan enerjini verir. Xərçəng bürcü dostlarınızın tam sahil bürcü olduğunu indi anladınız.

Şir: Şirlər şən, cazibədar və yaradıcı xarakterlərə sahibdirlər, bütün bunlar bir araya gələndə isə içlərindəki nümayiş, sərgiləmə hisslərini dayandıra bilirlərsə, onlara halal olsun! Artıq bir teatr klubunamı qatılarlar, yoxsa axşamları musiqi qrupu ulə səhnəyəmi çıxarlar özlərinə qalıb, amma bənzər şeylər etmədən dayana bilməyəcəkləri kəsindir, çünki qanlarında var!

Qız: Qız bürcləri çalışqandır, hətta bəzən mükəmməliyyətçi də ola bilərlər, amma bu xüsusiyyətləri onları möhtəşəm bir tələbə edir. Öyrənməyi həqiqətən çox sevirlər və çalışmaq onları üçün ən sevimli fəaliyyətdir. Diqqət etsəniz, ətrafınızdakı qız bürcləri bir diplom ilə yetinmədiyini görəcəksiniz. Hər zaman daha yaxşı və daha yüksək nəticələr əldə etməyin arxasınca qaçarlar.

Tərəzi: Tərəzilərin ədalət duyğuları sosial münasibətlərinə olduqca təsir edir, bunu qəbul edirik. Eyni zamanda onların nə qədər yaxşı bir dinləyici olduqlarını da qeyd etmək lazımdır. Bir tərəzinin ən güclü qabiliyyəti qarşısındakı insanları diqqətli şəkildə dinləyib anlamasıdır. Əgər kiməsə sözünüz kəsilmədən və maraqla danışmaq istədiyiniz bir mövzu varsa, o insan tərəzi olmalıdır.

Əqrəb: Əqrəblər dürüst, cəsur və özünə güvənən insanlar olmalırı ilə birlikdə sizi qəhqəhələrə boğan bir xüsusiyyətə sahibdirlər. Lakin əqrəblərin özlərinə xas zarafat, incə mizah anlayışı var. Növbəti dəfə kefinizin açımasını istədiyinizsə bir əqrəb dostunuza zəng etməyi unutmayın!

Oxatan: Oxatan bürclərinin nə qədər enerji dolu olduğunu bilirik, bəs möhtəşəm bir yoldaş olduqlarını hiss eləmişdiniz heç? Açıq fikirli yaradılışları ilə macəraya olan eşqləri bir arada olanda yeni yerlər gəzmək təklifini heç vaxt rədd etməyəcəkdir! Demək istədiyimiz, əgər əyləncə ilə dolu, monoton olmayan bir səhayət istədiyinizsə, oxatan bürcü olan dostunuzu dəvət etməyi unutmayın!

Oğlaq: Oğlaqlar məsuliyyətli bir xarakterə və iradə gücünə sahibdirlər. Bu da onların çox yaxşı bir sirdaş olmalarının ən böyük səbəbidir. Bir oğlaq özəl məsələlərinizi heç vaxt başqası ilə bölüşməz, bu onun ağlının ucundan belə keçməz! Yəni heç kimə deyə bilmədiyiniz, amma artıq içinizdə tuta bilmədiyiniz bir sirriniz varsa, açıqlamalı olduğunuz insan mütləq oğlan bürcü olmalıdır.

Dolça:Qızıl qəlbli olaraq tanınan dolçaların azad düşüncəli və dürüst olduqlarını bilirik. Lakin onlar haqqında çox da bilinməyən bir xüsusiyyət varsa, o da ailə və dosrlarına ən yaxşı tövsiyələri verən insanlar olduqlarıdır. Doğrunu deməkdən çəkinməyən dolçalar bu xüsusiyyəti onların tövsiyə və məsləhətlərini də dəyərli qılır. Gələn dəfə dürüst bir tövsiyəyə ehtiyacınız olsa, kimdən soruşacağınızı bilirsiniz.

Balıqlar: Balıqlar bürcü həmişə mərhəmətli, həssasdır. Yaxşı sezmək bacarığına sahibdirlər. Bunlarla yanaşı, onların ən önəmli xüsusiyyəti köməksevər bir təbiətə malik olmalarıdır. Əgər haçansa köməyə ehtiyacınız olsa, balıqlar bürcü hər zaman yanınızda olacaqdır.

Yazdıqlarım alimlərin apardıqları araşdırmalara əsaslanır, digər tərəfdən elmin gəldiyi qənaəti hələ 14 əsr əvvəl Müqəddəs kitabımız olan Qurani-Kərimdə əks olunub. Bəşər övladı irəli sürülən tələblərə əməl edərsə, yaşayışında çətinliklər bir o qədər də qabarıq şəkildə özünü göstərməyəcək. Təbii ki, rastlaşdığı xüsusiyyətlər ancaq müsbət dəyişikliklərdən, sakit və təhlükəsiz yaşam tərzindən ibarət ola bilər.

İ.ƏLİYEV

Digər xəbərlər